Ermənistanda kimlər əfv edilir? Hərbi xidmətdən yayınanlar?

Ermənistanda kimlər əfv edilir? Hərbi xidmətdən yayınanlar?

Ermənistanda Qarabağdakı müharibədən əvvəl 27 yaşına çatan və hərbi xidmətdən yayınan şəxslər üçün əfv qərarı verilir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistan hökuməti bu gün Dağlıq Qarabağda müharibə başlamazdan əvvəl məcburi hərbi xidmətdən yayınan şəxslərə amnistiya tətbiq edildiyini elan edib.
"Qərar, 26 sentyabr 2020-ci il tarixədək, daha dəqiq, Dağlıq Qarabağdakı müharibədən əvvəl rütbəli işçilər üçün yaşı 27 və zabit heyəti üçün 35 yaşı tamam olanlara və ya yalnız Cinayət Məcəlləsinin 327-ci maddəsi ilə mühakimə olunanlara, şübhəlilərə, təqsirləndirilənlərə aiddir”, deyə bu gün keçirilən iclasda Ermənistan Ədalət naziri Rüstəm Badasyan bildirib.
Əfv qərarının, həbs cəzası şərti olaraq tətbiq olunan şəxslərə, axtarışda olan şəxslərə tətbiq ediləcəyini də o qeyd edib, hansı ki, 5 aprel tarixinə bu, 5131 nəfərdir.
Bu arada qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, axtarılanların 90 faizi 327-ci maddəyə görə axtarışdadır. Paşinyan isə, "Ordudakı maddi islahatlar prosesini nəzərə alaraq, belə bir siyasi qərar verməyi doğru hesab etdik", deyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə