İsgəndər raketi ilə bağlı Azərbaycanın haqlı mövqeyi beynəlxalq müstəvidə qaldırılmalıdır - ŞƏRH ÖZƏL
“İkinci Qarabağ məsələsinin gedişində Azərbaycana müxtəlif tipli Ermənistan ərazisindən raketlər atılıb. Bu raketlər ballistik və onlar birbaşa yaşayış məntəqələrini hədəf seçiblər”. Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert qeyd edib ki, Ermənistan ərazisindən dağıdıcı raketlərin atılması Azərbaycanı öz hədəfində yayındıra bilmədi. Məhz Şuşanı işğaldan azad etməklə birbaşa hərbi qələbəsini təmin edib. Amma Ermənistan və Rusiya Azərbaycanın Şuşanı götürməməsi üçün məlum oldu ki, Şuşaya dağıdıcı gücə və müasir silah olan ballistik"İsgəndər M" atılıb. İki ədəd atılan bu raketlərin partlamaması Rusiyanın hərbi və kosmik sənayenə ciddi zərbə vurdu. Buna baxmayaraq, bu raketlərin buraxılışı birbaşa hərbi cinayətdir və iki ölkə məsuliyyət məsuliyyət daşıyır”.
M. Əsədullazadə vurğulayıb ki, ilk növbədə Rusiya bu məsələdə əsas tərəfdir: “Rusiya bunu boynundan atır. Buna baxmayaraq rəsmi Bakı Moskvadan izahat tələb etməlidir. Qeyd edim ki, Rusiya çalışır ki, bir çox məsələlərdə xüsusilə Qarabağda istədiyi bir siyasəti reallaşdırsın. Sülhməramlı qüvvələrinin məsuliyyət zonasında demək olar ki, milli maraqlarımıza qarşı fəaliyyət planı həyata keçirir. Ona görə də İsgəndər raketi ilə bağlı Azərbaycanın haqlı və ədalətli mövqeyi mütləq şəkildə beynəlxalq müstəvidə qaldırılmalı, bu tipli oxşar hərbi cinayətlərinin qarşısının alınması istiqamətində işlər aparılmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB