Ermənistan vətəndaşı narkotik keçirməyə cəhd edib Vaşinqtondan İrəvana

Bir nəfət İrəvanın “Zvartnos” hava limanında saxlanılıb, onun əşyaları arasında həşiş yağı olan 50-dən çox ampul və marixuana paketləri aşkar edilib. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan informasiyaya istinadən xəbər verir ki, bu barədə Dövlət Gəlirləri Komitəsi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Vaşinqton-Doha-İrəvan reysi ilə gələn Ermənistan vətəndaşından, özü ilə birlikdə gətirdiyi həşiş yağı və marixuana aşkar edilib və bu səbəbdən də o “Zvartnos” hava limanında saxlanılıb. Bildirilir ki, hava limanında, həmin vətəndaşın yüklərinə baxılıb, içərisində şəxsi əşyalarından əlavə, həşiş yağı kimi spesifik qoxulu bir maddənin 56 ampulası və marixuanaya bənzəyən sarı-yaşıl kütləsi olan 5 paket tapılıb.
Faktla bağlı cinayət işi başlanıb.
Xatlrkadaq ki, bir qədər əvvəl Ermənistan polisi İranla sərhəddə böyük bir narkotik partiyası aşkar etmişdi. Eyni zamanda, Syunik bölgə şöbəsinin və Meqri polis idarəsinin əməkdaşları bir əməliyyat keçirmişdilər və nəticədə əvvəllər basdırılmış bir çanta tapmışdılar ki, çantanın da içərisində 290 qram çəkidə 4 paket eroin və 2 kiloqram 100 qram çəkidə olan paketlərdə narkotik vasitə olan tiryək aşkarlanmışdı. Polis narkotiklərin kimlər üçün hazırlandığını da aşkarlayıb. Dörd nəfəri polisə aparıblar ki, onlardan biri xarici dövlətin vətəndaşıdır.
Görünür, Ermənistanda narkotik ticarəti adi və qəbul olunan haldır ki, bu qədər saxlanılmaların fonunda hələ də ölkəyə narkotik vasitələr daşınır. Xüsusilə ABŞ-dan Ermənistana narkotik vasitə aparılması faktı diqqəti cəlb etməyə bilməz. Belə çıxır ki, erməni əsillilər çoxdandır ABŞ-dan narkotik vasitə daşıyırlarmış öz ölkələrinə və onlar bunun tam təbii hal olduğu qənaətindədirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...