Yanlışlıqla dünyaya “adam” cildində gələn iblis

Yaxud Paşinyan sifətli Əli Kərimli əsl erməni simvoludur

Bu gün heç kəsə sirr deyil ki, Azərbaycanın bir sıra radikal müxalifət partiyaları xalqımızın maraqlarını qorumaq yerinə, bəzi maraqlı Qərb dairələrinin çirkin, ölkəmizin mənafeyinə zidd olan oyunlarında yer almağı daha üstün tuturlar. Bu partiyalar öz «mübarizəsini» yalnız qara piar kampaniyalarının əsasında qurur, yalan rəqəmlər yazmaqla dividend qazanmağa çalışaraq çəkinmədən xalqın adından danışır, özünü şişirtməyə çalışır. Təəssüf ki, belələri siyasi mübarizə anlayışını yalnız qeyri-sivil metodların arasında axtarır, əksər hallarda ölkənin qanunlarını pozmağı siyasi mübarizə ilə sinonimləşdirir. Hətta bir çox məqamlarda öz keçmişini, indisini, atdığı addımları, etdiyi səhvləri belə unudur, ölkənin, millətin düşmənləri ilə isti münasibətlər quraraq «dostluq sazişləri» bağlayır, ölkənin inkişafının təminatı olan, demokratik cəmiyyətin qurulması uğrunda illər uzunu planlı iş aparan, hüquqi dövlət quruculuğu sahəsində əsaslı islahatlar həyata keçirən Azərbaycan hakimiyyətinə qara yaxmaqdan əl çəkmirlər.

Ən maraqlısı isə öz təbliğatlarını “gördüyü və ya görəcəkləri” işlərlə deyil, hakimiyyətin üstünə böhtan atmaq “planı” üzərində quran isa qəmbərlər, əli kərimlilər, cəmil həsənlilər, gültəkin hacıbəylilər, sevinc osmanqızılar, vidadi iskəndərlilər və bu kimi yanlışlıqla dünyaya «adam» cildində gələn bu iblis xislətli ünsürlər bir anlıq geriyə çevrilib öz ətraflarına diqqət salsalar, nəyin şahidi olacaqlarını yaxşı bilərlər. Amma onlar geriyə çevrilməkdən qorxurlar. Çünki geridə 1992-93-cü illərdə xalqa etdikləri zülm, yaratdıqları vətəndaş müharibəsi, xalqın əmlakını talan etmə faktları və digər günahları onların gözünə görünə bilər. Sözsüz ki, Paşinyan sifətli Əli Kərimli bu arada Ruslan Bəşirlini də yaddan çıxarmayıb. Düşmənlərlə iyrənc danışıq aparan, düşmən pulu ilə həyat qurmağa çalışan R.Bəşirlinin erməni casusları ilə «konyak içib şokolad yeməsindən» və güman ki, pul bölüşdürməsindən də xəbərsiz olmazdı bu iblis Əli Kərimli. Çünki sonradan qəzetlərə müsahibə verən Mirzə Sakit və digərləri istər AXCP(i)-yə, istərsə də «Azadlıq» qəzetinə gələn pulların qəpiyinə qədər Ə.Kərimli tərəfindən mənimsənildiyini deyirdilər. O ki qaldı Ə.Kərimlinin ətrafına, elə hamısı özü kimi quldur, oğru, satqın və cinayətkarlardır. Əlbəttə ki, belələri Ə.Kərimlinin ətrafında olar.

Erməniyə “dayı” deyən Paşinyan sifətli Əli Kərimli...

Ən iyrənci isə odur ki, xalqımız, bütün türk dünyası ilə bərabər bir çox dünya dövlətləri bu qələbə sevincimizlə şərik olduqlarını və işğaldan azad olunun torpaqlarımızın bərpasında dəstək verəcəklərini bildirdikləri halda, erməni üfunəti verən erməniyə «dayı» deyən Paşinyan sifətli bu vicdanı olmayan ermənipərəst qüvvələrin çirkli pulları və anti-Azərbaycan qüvvələrin tula payı alan Əli Kərimli kimlərə Azərbaycanın o çörəyi haram olsun! Az qalıb, xalq, qanun qarşısında cəza çəkməyinizə. Çünki Avropanın mərkəzində, eləcə də Amerikada və digər ölkələrdə soydaşlarımız erməni vandalizminə, sərhədboyu ərazilərdə törətdikləri təxribatlara, günahsız hərbçilərin, mülki əhalinin, uşağın, ağsaqqalın, ağbirçəyin qətlə yetirilməsinə etiraz əlaməti olaraq dinc aksiya keçirirlərsə, niyə ermənilərdən betər Vidadi İsgəndərli, Sevinc Osmanqızı, Arif Məmmədov və bu kimi xəyanətkarlar ermənilərə və onların havadarlarına xoş görünmək və gündəlik yeməklərini artırmaq naminə bütün bunlarda Azərbaycan hakimiyyətini günahlandırır, «zavalı» ermənilərin heç bir günahı olmadığını iddia edirlər. Bu xəbis niyyətlərini sosial şəbəkələr vasitəsilə həyata keçirən satqınlara azərbaycanlı demək olarmı?

Bu gün dünya ictimaiyyəti, hətta Ermənistan dövlətinin üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da işğalçı ölkəni müdafiə etmədi və haqqın tərəfində dayanaraq Azərbaycanın haqlı olduğunu bildirdi. Ancaq satqınlar – vidadilər, sevinclər, ariflər... ermənilərin yanında olduqlarını açıq şəkildə bəyan edirlər. Ancaq nə edirlər etsinlər. Xalq onların yerini göstərib: Tarixin zibilxanasıdır!

Xüsusilə də, manqurtlaşmış «vətən», «millət» deyən Ə.Kərimli kimilərin bəzi xarici dairələrin «zombi»ləşmiş «filial»ı kimi fəaliyyət göstərməsi zaman-zaman faktlarla öz təsdiqini tapmışdır. Ancaq tarix unudulmur, geri qaytarmaq, nə də onu silmək mümkün deyil. Çünki Azərbaycanda xaos yaratmağa çalışan dağıdıcı müxalifət partiyalarının «lider»ləri öz antimilli əməllərini gizlətməyə çalışsalar da, inkaredilməz faktlar başqa söz deyir. Və bu gün Paşinyan sifətli əli kərimlilər, əli əliyevlər, cəmillər, sevinclər, qənimətlər, gültəkinlər... kimi ünsürlər xalq tərəfində tarixin zibil yeşiyinə atılanları tarix və zamanın tələbi ilə xalqımızın və dövlətimizin mənafeyi, müqəddəs amallarımız, müqəddəs qanunlarımız qarşısında cavab vermələri zamanıdır.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...