Donbasdakı situasiya yaxın vaxtlarda qaynar fazaya keçid ala bilər – irimiqyaslı müharibəyə. Bunu təmas xətlərinin atəşə tutulması və ukraynalı politoloqların şərhləri də göstərir. SİA xəbər verir ki, bu barədə ukraina.ru yazır.
Belə ki, Üçtərəfli kontakt qrupunun Ukraynadan olan nümayəndə heyətinin rəhbəri Leonid Kravçuk bəyan edib ki, regionda irimiqyaslı münaqişə baş verə bilər. Ukrayna silahlı qüvvələrinin baş komandanı Ruslan Xomçak isə bildirib ki, ordu şəhər mühitində hücum ssenariləri üzərində təlimlər keçirir.
“Milli müdafiə” jurnalının baş redaktoru, rusiyalı politoloq İqor Korotçenko:
- Ukrayna silahlı qüvvələrinin Donbasın təmizlənməsi əməliyyatlarına başlaması ehtimalı bütövlükdə aşkar ssenaridir. Ona görə də Ukrayna istənilən anda “Müdaxilə” əməliyyatını həyata keçirə və əlavə faktor olaraq Rusiya ilə ABŞ arasında münasibətlərin çox ciddi şəkildə pozulması avantürasına gedərək bu qərarı verə bilər. Kiyevin belə bir vəziyyətdən istifadə edərək Rusiya ilə qarşıdurmada problemlərini həll etmək məqsədi ilə Qərb siyasətçilərindən dəstək alması istisna olunmur.
Mən hər halda hesab edirəm ki, situasiyanın keyfiyyəti əvvəlki illərdən onunla fərqlənir ki, “DXR” (“Donetsk Xalq Respublikası”) və “LXR” (“Luqansk Xalq Respublikası”) Rusiya pasportları alıblar və əgər Ukrayna “Müdaxilə” əməliyyatını həyata keçirərsə bu, küçə döyüşləri, dinc sakinlərin həlak olması mənasını daşıya bilər. Hesab edirəm ki, Rusiya belə vəziyyətdə narahatlığını ifadə etməklə, hər hansı siyasi demarşlarla öz siyasətini məhdudlaşdırmayacaq. Şəxsən mən belə düşünürəm ki, bu situasiyada yalnız bir mümkünlük qalır – Rusiya silahlı qüvvələrinin Ukraynanı sülhə məcbur etmək üçün irimiqyaslı əməliyyatlara başlaması.
Qərbi Ukrayna politoloqu, televiziya aparıcısı Svyatoslav Vışinskiy:
- Ukraynanın Rusiya ilə birbaşa münaqişədə qələbə qazanmaq şansı yoxdur – bu ölkələrin ümumiyyətlə, bir-birindən fərqlənən həbri potensialları var. Ona görə Şərqdə nümayiş etdirilən bütün hərbi hazırlıqlar yalnız güc nümayişidir, ancaq çətin ki, Kiyev onu təkbaşına həyata keçirsin. Əgər Ukrayna həqiqətən də itirilmiş ərazilərinə nəzarəti ələ götürməyə cəhd edibsə, bu zaman çoxdan ordu əməliyyatını başlada, özü də bunu anidən edə bilərdi. Kiyevin qərarsızlığı bununla bağlıdır ki, orada “Baydenin zəngi” eşidilməyib. Amerikalılar da öz növbələrində anlayırlar ki, Donbasda istənilən hərəkət Ukrayna üçün fəlakətə və yeni ərazilərin itirilməsinə səbəb ola bilər. Bəli, bu sanksiyaların sərtləşdirilməsinə imkan verə bilər, mümkündür ki, “Şimal axını-2”ni də “dəfn edə” bilər, ancaq bu cür fəaliyyət həm də Rusiya-Çin hərbi-iqtisadi ittifaqını möhkəmləndirə, hətta ÇXR-in KTMT-yə daxil olmasına gətirib-çıxara bilər. Başqa sözlərlə, bu oyun Vaşinqton üçün maraqlı deyil. Eləcə də maksimall səmərə çıxarmaq üçün iki cəbhəyə oynayan Kreml üçün də.
Hərbi jurnalist Dmitri Steşin:
- Belə bir rəy var ki, Ukrayna hücuma keçərsə, onu bizim gözləmədiyimiz yerdən başlayacaq. Yeganə yer Şirokino sərhədinə qədər qısa sahilyanı kəsim və Azov üzərindən keçən yerdir. Bu ərazilərdə bizim tərəfimizdən səksən ədəd “Zodiak” tipli desant qayıqları nümayiş etdirilib və bu üzən vasitələr bütün ordularda fəal şəkildə istifadə olunur. Bu qayıqlar vasitəsi ilə bir çoxlarını sahilyanı əraziyə çatdırmaq olar. Görəcəyik...
Hələ ki, bütün bunlar situasiyanı oynatmaq cəhdləridir ki, “respublikalar” necə reaksiya göstərəcəklər, Rusiya özünü nə cür aparacaq. Problemləri hərbi yolla həll etmək cəhdləri Ukraynaya yaxşı heç nə vəd etmir. Bu, birmənalıdır və hadisələrin başqa cür inkişafını gözləmək üçün də variantlar yoxdur.
Ukraynanın eks-baş naziri Nikolay Azarov:
- Zelenskinin prezidentliyi dövründə onun öz səlahiyyətlərini necə icra etməsindən asılı olmayaraq heç bir sülh olmayacaq. Artıq bu, kifayət qədər aydındır. Ona görə ki, onun böyük imkanları çərçivəsində kifayət qədər zamanı olub, o, özünə olan böyük inam dalğası ilə hakimiyyətə gəlib. O, öz ətrafında elə komanda seçib ki, professionallıq cəhətdən bacarıqlı deyil, digər tərəfdən – Qərb partnyorlarının kimandalarını dəqiq yerinə yetirir. Partnyorları d eyil, daha dəqiq desək kuratorları, sahibləri. Yəni amerikalılar. Amerikalılar üçün Ukrayna heç bir maraq doğurmur, yalnız bir məsələdən başqa – Rusiyaya qarşı taran vasitəsi olmaqla. Və indi edilənlər və daha əvvəl edilənlər Ukraynanın Rusiya Federasiyası ilə qaynar münaqişəyə itələmək hazırlığıdır.
Hərbi ekseprt Vladislav Şurıqin:
- Hələ ki, “Minsk razılaşmalarına” riayət olunur, baxmayaraq ki, kimlərsə ondan yorulub, eləcə də bizlər belə bir dəhşətli qeyri-müəyyənlikdən yorulmuşuq. Ancaq mən, misal üçün əla anlayıram ki, Donbas sakinləri yedd ildir ki, davam edən “nə sülh, nə də müharibə” vəziyyətində necə ağır yaşayırlar. Bu, usandırır. Hətta Ukrayna “Minsk razılaşmasını” pozmadığı halda da dişləri bir-birinə sıxaraq dözmək məcburiyyəti yaşanmaqdadır. Lakin məndə belə bir hiss var ki, Ukrayna yaxın vaxtlarda irəliyə atılacaq, bütün hallarda onu təxribata çəkəcəklər. Dediyim kimi, ona (Moskvaya) qarşı bütün əsaslı qərarları qəbul etmək məqsədi ilə Rusiyanı bu müharibədə birdəfəlik cavabdehlik daşımasını sübut etmək, NATO-Rusiya qarşıdurmasını saxlamaq üçün. Bu situasiya yağlı tikədir, istisna etmirəm ki, amerikalılar uzun müddətli hesablamalarından sonra hansısa variantı tapacaqlar və həmin vasitə ilə Ukraynanın minimum hissəsini saxlamaqla bu məsələni həll edəcəklər.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB