Tərtər rayonunda “Şəhid ailələrinə qayğı” aksiyası davam edir FOTOLAR

Tərtər rayonunda “Şəhid ailələrinə qayğı” aksiyası davam edir FOTOLAR

YAP Tərtər rayon təşkilatı “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində rayon təşkilatının sədri Ramiz Şabanov, rayon təşkilatının Şura üzvü Kamil Məmmədov, partiya fəallarından Tünzalə Vəliyeva, YAP Gənclər Birliyinin üzvü Samirə Zeynalova, fəal gənc Gündüz Alıkişiyev, ərazi ilk partiya təşkilatının sədri Azər Yaqubov, Kəbirli kənd İƏD üzrə nümayəndənin müavini Rəhman Məmmədov Vətən müharibəsində rayonundan şəhid olmuş Yasən Mehdiyev Alim oğlunun və Kəbirli kəndindən olan şəhid Elnur Hüseynov Əhliman oğlunun ailələrini ziyarət ediblər. Yasən Mehdiyev Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olaraq “Vətən uğrunda” və “Xocavəndin azad olunması uğrunda”, şəhid Elnur Hüseynov isə Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış və ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Suqovuşanın azadlığı uğrunda” medalları ilə təltif olunubdur.

Şəhid valideynləri övladlarının torpaqlarımızın azadlığı uğrunda vuruşub qəhrəmanlıqlar göstərmələrindən fəxrlə danışaraq övladlarının Şəhidlik zirvəsinə ucalmasını da “Vətənimiz sağ olsun!”,- deyə qəbul etdiklərini, 44 günlük Vətən müharibəsinin qələbəmizlə başa çatdırılmasını təmin edən Ali Baş Komandanımız, Prezident İlham Əliyevə minnətdar olmasını qeyd ediblər. YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov şəhid valideynlərinin problemləri ilə maraqlanıb, bəzi problemlərinin həlli məqsədilə köməklik göstərilib. Eyni zamanda, ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmnunluq ifadə olunub.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə