Putin “yaşıl enerji"ni müzakirə edib Məhəmməd bin Salman ilə

Putin “yaşıl enerji"ni müzakirə edib Məhəmməd bin Salman ilə

Rusiya Prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Əl Səud ilə telefonla danışıb. SİA RenTV-yə istinadən xəbər verir ki, bu barədə Kremlin veb saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, söhbət əsnasında "yaşıl enerji" və qlobal iqlim dəyişikliyi mövzularına toxunulub.
İki ölkənin liderləri bir-birləri ilə iqlim dəyişikliyi ilə mübarizə barədə fikirlərini bölüşüblər və ölkələrindəki ətraf mühit təşəbbüsləri barədə bir-birlərinə danışıblar.

Putin “Nornikelin” ödəmələrini ətraf mühitin bərpası üçün yönəltməyi əmr edib.

"Rusiya-Səudiyyə əməkdaşlığının aktual məsələləri müzakirə edilib. Qlobal iqlim dəyişikliyi və ətraf mühitin qorunması, o cümlədən yaşıl enerji sahəsində əməkdaşlıq perspektivlərinə xüsusi diqqət yetirilib. Bu cür layihələrin aktuallığını qeyd edən Vladimir Putin Rusiyanın səylərindən bəhs edib", deyə Kremlin veb saytında qeyd olunur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə