"Hadisələr yalnız Arazın şimalı ilə məhdudlaşmırdı" SİYASİ ŞƏRHÇİ

"Hadisələr yalnız Arazın şimalı ilə məhdudlaşmırdı" SİYASİ ŞƏRHÇİ

"Birinci dünya müharibəsindən sonrakı vəziyyət bir sıra ölkələrin geosiyasi hədəflərinə çatması üçün müəyyən layihələrin keçirilməsi perspektivini ortaya qoyub. Eyni zamanda, Osmanlı dövləti faktiki olaraq süqut ərəfəsində idi. Bir-birinin ardınca baş verən qiyamların təşəbbüskarı xarici qüvvələr olub. Xarici dövlətlər Osmanlının parçalanmasını qarşısına məqsəd qoyub". Bu sözləri SİA-ya açıqlamasında siyası şərhçi Vüqar Zifəroğlu deyib.

Onun sözlərinə görə, ermənilər 19-cu əsrin sonundan aktiv şəkildə təşkilatlanmağa başlayıblar: "Bu təşkilatlanmanın başında müxtəlif növ terror qrupları dayanır. Məsələ ilə bağlı hətta, rəsmi sənədlər də var. Həmin qruplaşların maliyyə dəstəyi Avropa ölkələrindən, xüsusilə də, İngiltərə, Fransa və Almaniyadan gəlir.
Beləliklə, qiyam törədərək katalizator rolu oynayırlar. Bu proses Cənubi Qafqaza da təsir edir. Çünki bu ərazi geosiyasi əhəmiyyətinə görə vacib yerdir. Cənubi Qafqaz Yaxın Şərqin qapısıdır. Bura Avropa və Rusiyanın nəzərində Yaxın Şərqdən Avropaya yönələ biləcək hər hansı bir islam axını təhlükəsinin qarşısını ala biləcək məntəqədir".

Siyasi şərhçi son olaraq onu da əlavə edib ki, bütün bu məqamlar nəticə etibarilə, ermənilərdən aktiv şəkildə istifadə edilməsinə gətirib çıxardı. Hadisələr yalnız Arazın şimalı ilə məhdudlaşmırdı, Azərbaycan türklərinin yaşadığı bütov bir coğrafi arealı ifadə edirdi.

Ayşən Sadıxzadə

Bütün xəbərlər Facebook səhifəmizdə