Şuşanı işğal edən general GƏBƏRDİ!

Şuşanı işğal edən general GƏBƏRDİ!

Ermənilərin "əfsanəvi komandos" adlandırdıqları general-mayor Arkadi Ter-Tadevosyan 82 yaşında ölüb. SİA erməni KİV-lərinə istinadən xəbər verir ki, ötən gün huşunu itirərək xəstəxanaya yerləşdirilən erməni generalı bu gün gəbərib.

Qeyd edək ki, Arkadi Ter-Tadevosyan birinci Qarabağ müharibəsində torpaqlarımızın işğala məruz qalmasına səbəb olan bir sıra hərbi planları işləyib, xüsusilə Şuşanın xəyanət nəticəsində işğala məruz qalması nəticəsində şəhərin mühasirəyə alınmasında, xeyli sayda insanlarımızın öldürülməsində, əsir götürülməsində iştirak edib.

Göstərdiyi "xidmətlərinə" görə ona "artsaxın qəhrəmanı" adı verilib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə