Paşinyan liderdir? Gallupa görə...

Paşinyan liderdir? Gallupa görə...

Gallup sorğu mərkəzinin erməni ofisi Ermənistan vətəndaşları arasında soğru keçirib və növbədənkənar parlament seçkilərində kimlərə səs verəcəklərini təxmin edib. SİA erməni KİV-lərinə istinadən xəbər verir ki, soğrunun nəticələrinə görə "Mənim addımım" blokunun lideri, baş nazir Nikol Paşinyan 31,7% səslə liderlik edir. Onu 5,9%-lə eks-prezident Robert Koçaryan izləyir. "Çiçəklənən Ermənistan" partiyasının lideri Qagik Tsarukyan 4,4% , "Maarifçi Ermənistan" partiyasının lideri Edmin Marukyan 2,7%, Respublika partiyasının lideri Serj Sarqsyan 2,4%, Daşnaklar 2,1%, Vətənin xilası naminə hərəkatının lideri Vazgen Manukyan 1%, Sasna-Srer partiyasının lideri Jirayr Sefilyan 0,5 %, "Vətən" partiyasının lideri Artur Vanetsyan 0,4 % səs qazana biliblər.

Suala cavab verməkdə çətinlik çəkənlər isə faiz etibarı ilə 20 rəqəmi üzərində dayanıblar.

Adıçəkilən mərkəz digər sorğusunda Ermənistanda hansı xadimin daha populyar olması da öyrənilib. Belə ki, ölkənin ombudsmanı Arman Tatoyan 3,7 bal, baş nazir Nikol Paşinyan 2,7 bal, prezident Armen Sarkisyan 2,4 bal, Qagik Tsarukyan isə 2,1 bal toplaya biliblər.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə