Ermənistanın “Joğovurd” nəşrinin yazdığına görə, Respublika partiyası iyunda keçirilməsi gözlənilən növbədənkənar parlament seçkilərində iştirak etməyəcək. SİA-nın əldə etdiyi məlumata görə, sabiq prezident Serj Sarqsyanın verdiyi qərar partiyanın qapalı iclasında verilib.
Maraqlı məqam isə budur ki, partiya seçkilərdə iştirak etməməsi ilə yanaşı, həm də Robert Koçaryana da dəstək verməkdən imtina edib. Halbuki, Koçaryana dəstəyin ən çox məhz Sarqsyanın siyasi partiyası tərəfindən veriləcəyi iddia edilirdi.
Xatırladaq ki, Robert Koçaryanın hakimiyyəti Serj Sarqsyana təhvil verilmişdi və hər iki şəxs Qarabağ klanının liderləri hesab olunurlar.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB