“Son zamanlar bəzi müxalif qüvvələrin nümayəndələri sosial şəbəkələrdə aktivləşiblər. Yəni həmin şəxslər yenə də anormal hərəkətləri ilə insanları çaşdırmağa çalışırlar. Lakin onların atdıqları addımları, fəaliyyətləri fiaskoya uğrayıb və uğrayacaq. Çünki xalq arasında onların heç bir dəstəyi yoxdur”. Bunu Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov “Səs” qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, onlar artıq siyasi ölüdürlər və atdıqları bu addımlarda komada olan xəstə bir insanın sanki süni bir nəfəs aparatına qoşulduğunu xatırladır: “Onlar hay-küyləri ilə öz mövcudluqlarını saxlamağa çalışırlar. Lakin siyasi nöqteyi-nəzərdən bunların fəaliyyəti artıq siyasət qaydaları çərçivəsindən çıxıb, onlar insanları çaşdırmaqla yanaşı, eyni zamanda, yenə də iğtişaşlar törətməyə meyil edirlər. Fakt budur ki, onların bir çoxları xarici anti-Azərbaycan qüvvələrin nəzarətində olan mərkəzlərdən maliyyələşirlər. Yenə də Azərbaycanın milli və dövlətçilik maraqlarına zidd addımlar atmaqla həmin mərkəzlərdən maliyyə əldə etmək niyyətindədirlər. Yəni bunlar öz siyasi mövcudluqlarını qorumaq üçün müxtəlif mənbələrdən maliyyə əldə etməyə çalışırlar. Onların bu cür hərəkətləri yolverilməzdir. Yaxşı olardı ki, onlar bu cür hərəkətlərindən əl çəksinlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB