Ermənilərin mina xəritələrinə İnanmaq olarmı? ŞƏRH+AKTUAL

Ermənilərin mina xəritələrinə İnanmaq olarmı? ŞƏRH+AKTUAL

Analitik Samuella Poyyadan mühüm detallar

Dünyada mina təhlükəsindən əziyyət çəkən ölkə Əfqanıstandır, harada ki, hər ay onlarla insan partlayışlar nəticəsində həlak olurlar, bəzən isə yüzlərlə insan. Baxmayaraq ki, bu 1989-cu ildə SSRİ-nin Əfqanıstandan ordusunu çıxarmasına baxmayaraq baş verir. Hansı ki, ordu çıxandan sonra minalanmış sahələrin xəritəsi təqdim olunmuşdu. Lakin digər tərəflər – mücahidlər, indi isə Taliban buna getmirlər. Minalardan ölənlərin sayı çoxdan on minləri keçir. SİA xəbər verir ki, bunu rusdilli Caliber analitik informasiya mərkəzinə Əfqanıstan üzrə analitik, Rusiya Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən Şərqşünaslıq institunun baş elmi əməkdaşı, tarix elmləri namizədi Samuella Poyya danışıb.

Onun sözlərinə görə, müharibə tarixində Əfqanıstanda minalardan əsasən dinc əhali zərər çəkib. Belə ki, insanlar həm köhnə, həm də yenidən quraşdırılmış piyadalar əleyhinə minalara düşürlər. Bu günə qədər hər ay Əfqanıstanda yüzlərlə dinc sakinlər həlak olur. 1979-1989-cu illərdəki əfqan müharibəsində ölkədə çoxlu sayda piyadalar əleyhinə minalar qalıb. Lakin hazırda hadisələrin çoxu köhnə minalardan deyil, insanlar yeni quraşdırılmış partlayıcı qurğular səbəbindən ölülər ki, onları da Taliban silahlıları basdırıblar.

Qoşulmama Hərəkatı minalanmış ərazilərlə bağlı problemlərin həll olunmasında ciddi siyasi rol oynaya bilər

Analitik bildirib ki, taliblər minatəmizləmə mütəxəssislərinə qarşı fəal şəkildə mübarizə aparırlar, onlar partlayıcı qurğuları kustar üsulla və yaxşı hazırlayırlar. Partlayışların yarısı kustar şəraitdə hazırlanış minalar üzündən baş verir. Müxtəlif məlumatlara görə, ölkədə 600 kvadrat kilometr mina sahələri mövcuddur. Minalardan təmizlənmə əməliyyatlarında sahələrin 70%-i təmizlənib, on milyonlarla minalar və hərbi sursatlar məhv edilib.

Samuella Poyya qeyd edir ki, xoşbəxtlikdən qismən sakit rayonlardakı sahələr təhlükəsiz hala gətirilib, ancaq taliblər tərəfindən aparılan mövcud hərbi əməliyyat ərazilərində minalar qalmaqda davam edir. Onun sözlərinə görə, minalardan təmizləmə üzrə dövlət siyasətinin hədəfi 2023-cü ilə qədərdir ki, onun sayəsində bütün minalı ərazilər təmizlənməlidir. Dünya ictimaiyyəti Əfqanıstana aktiv şəkildə material və texniki dəstək göstərir, bunun üçün BMT-nin Əfqanıstan üzrə Mərkəzi fəaliyət göstərir.

Analitik xatırladır ki, Əfqanıstan Qoşulmama Hərəkatının təsisçiləri sırasına daxildir və 1960-cı ildən bu günə qədər bu beynəlxalq təşkilatın fəal üzvüdür. Hazırda bu təşkilata dünyanın 120 ölkəsi daxildir. O bildirib ki, məhz Qoşulmama Hərəkatı minalanmış ərazilərlə bağlı problemlərin həll olunmasında ciddi siyasi rol oynaya bilər. Bununla yanaşı, Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edir və Hərəkatı daha böyük aktivliyə dəvət etmək imkanına malikdir. Mümkündür ki, strukturun tərkibində xüsusi mərkəz yaradıla və mərkəz bu problemlə məşğul ola bilər.

Hətta erməni tərəfi onları təqdim edərsə belə, bu xəritələrə etibar etmək çox çətindir

Ermənistanın minalanmış sahələrin xəritələrini verməməsi məsələsinə gəlincə, analitik bildirib ki, postmünaqişələrin əsas problemlərindən biri məhz minalanmış ərazilər, partlamamış hərbi sursatlar, kustar üsullar hazırlanmış partlayıcı qurğulardır. Qarabağdakı ərazilərin tam qaydada minalardan təmizlənməsi üçün azərbaycanlı, rus və türk minaaxtaranları tərəfindən çoxillik iş aparılmalıdır.

Buraya BMT-nin və başqa humanitar təşkilatların da aktiv cəlb edilməsi vacibdir. Bu barədə daha əvvəl Azərbaycan minatəmizləmə milli agentliyinin nümayəndələri də danışıblar. Samuella Poyya xüsusilə qeyd edib ki, azərbaycanlı mütəxəssislərin peşəkarlığı Əfqanıstanda qazanılıb.

Mina xəritələrinə gəlincə, hətta erməni tərəfi onları təqdim edərsə belə, bu xəritələrə etibar etmək çox çətindir.

BMT-nin minalardan təmizləmə xidməti (UNMAS) təkcə ötən il 19 ölkədə yarım milyard dollara yaxın pul xərcləyib

Yəqin ki, minaların düzülüşünü əks etdirən sxem-xəritələr “diz üzərində” (yəni, tələsik) hazırlanıblar, bir çoxları isə sadəcə itiblər. Çətin ki, kimlərsə mina sahələrinin dəqiq yerlərini bilir, axı regiondakı qarşıdurma uzun illərdir ki, davam edib.

Analitik qeyd edib ki, minalardan təmizlənmə həm də çox vəsait tələb edir. BMT-nin minalardan təmizləmə xidməti (UNMAS) təkcə ötən il 19 ölkədə (İraq, Əfqanıstan və Suriya daxil olmaqla) yarım milyard dollara yaxın pul xərcləyib. Yəqin ki, Qarabağın minalardan təmizlənməsi üçün əlavə vəsaitlər tələb olunacaq. Mümkündür ki, beynəlxalq mina təmizləyənlərin birgə səyləri qaçqınların postmünaqişə regionuna qayıtma imkanlarını sürətləndirəcək. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi problemin həllinə qoşulmalıdır, çünki söhbət humanitar aspektdən gedir. Minalardan yalnız hərbçilər deyil, Qarabağdakı azərbaycanlı və erməni dinc əhali də zərər çəkirlər.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə