Yeni fiqurların siyasi səhnəyə çıxması Ermənistanda nə ilə nəticələnə bilər? - ŞƏRH ÖZƏL
"Paşinyan vəziyyəti stabilləşdirmək istəyir və bununla bağlı parlament seçkilərinin vaxtını da elan edib. Amma bu heç də o demək deyil ki, atılan addım müxalifəti qane edir. Çünki onların əsas tələbi Paşinyanın birdəfəlik istefa verərək, daimi əsaslarla hakimiyyətdən getməsidir". Bunu SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.
Ekspert bildirib ki. əgər müxalifət partiyaları bu seçkilərdə iştirak etməsə keçirilən seçkilərin heç bir mənası olmayacaq: "Bununla da müxalifət yenidən küçələrə çıxacaq, mitinqlər keçirəcəklər. Paşinyan yenidən seçilərsə, onun istefasını tələb edəcəklər. Lakin başqa bir variant da var və mən bu variantı da istisna etmirəm. Belə ki, yeni fiqurlar səhnəyə çıxıb".
F.Sadıqov qeyd edib ki, Moskvada yaşayan erməni milyarder Ara Abramyan Kremlə yaxın və çox zəngin bir insandır: "Ola bilsin ki, bütün bu məsələlərin həll olunması naminə erməni siyasilər ortaq məxrəcə gəlsinlər ki, onlardan heç biri hakimiyyətə gəlməsin və hakimiyyətə kənardan gələn bir şəxs gətirilsin. Bu da əlbəttə ki, Moskvanın tam maraqlarına uyğun olan bir haldır. Lakin eyni zamanda bu cür perspektivli proqnoz vermək çətindir. Çünki vəziyyət gündən günə dəyişilir və hələ böhran davam edəcək. Hətta böhran parlament seçkilərində də öz əksini tapacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB