Qurumun qərəzli bəyanatı məhz bu cür qənaətə gəlməyə zəmin yaradır
Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etmək məqsdi ilə toraqlarını erməni işğalından azad etməsi və 44 günlük müharibədən qalib olaraq çıxması bəzi beynəlxalq təşkilatların, xüsusilə Avropa Parlamentinin (bundan sonra Avroparlament) “narahatlığına” səbəb oldu. Daha dəqiq desək, bu cür “narahatlıqlar” daha əvvəllər də baş verirdi və əsasən, işğal zamanı təcavüzkar Ermənistanın özbaşınalıqları və Qarabağda qeyri-qanuni olaraq formalaşdırılmış quldur separatçıların cinayətkar əməlləri də nədənsə görməzlikdən gəlirdi. Yüz minlərlə qaçqınlarımızın, itkinlərimizin, qətlə yetirilən dinc sakinlərimizin, talan və qarətlərin barəsində isə ümumiyyətlə etirazlar, bəyanarlar səslənmirdi. Əsində buna heç ikili standartlar da deyil, bilavasitə erməni işğalına və terroruna dolayı dəstək adını vermək olardı...
Azərbaycanın haqlı, ədalətli mübarizəsi zamanında da bu təşkilatın doğru yöndən çıxışlarının şahidləri olmadıq
Bütün bunların yerinə Avroparlament Azərbaycanın daxilində cərəyan edən müxtəlif siyasi proseslərə müdaxilələr edir, özünün “ağıllı tövsiyələri” ilə hər cəhətdən anti-Azərbaycan xarakterli addımlar atırdı. Bu baxımdan, Azərbaycanın haqlı, ədalətli mübarizəsi zamanında da bu təşkilatın doğru yöndən çıxışlarının şahidləri olmadıq. Hətta Gəncə, Bərdə, Mingəçevir və s. kimi dinc şəhərlərimiz raket atəşlərinə tutularkən, mülki vətəndaşlarımız həlak olarkən belə, Avroparlament kiçik də olsa bəyanat vermədi, bununla müasir səlib yürüşünün bir parçası kimi davrandığını isbatlamış oldu. Bu qurumla sıx əməkdaşlıq edən “Human Rights Watch” və s. bənzər insan hüquqlarının müdafiəsi təşklatları isə əslində ermənilərin vəhşilik faktları qarşısında aciz qalaraq bir neçə etiraz bəyanatları yaymaqla vəzifəsini yerinə yetirdiyini hesab etdilər. Yəni dərinə gedərək, bu faktların daha dərindən araşdırılması, günahkarların dərhal cəzalandırılması ilə bağlı daha yekdil bəyanatlar, hesabatlar hazırlamadılar.
Avroparlamentin “Human Rights Watch”ın hesabatı ərivəsində bəyaat səsləndirməsi anti-Azərbaycan siyasətinin davam etdirilməsi məqsədini daşıyır
Bütün bunlardan sonra bu gün Avropa Parlamentinin və “Human Rights Watch”ın, eləcə də bənzər qurumların bir araya gələrək indi də müharibədən sonra Azərbaycan ərazisinə göndərilən erməni diversantlarını, silahlı canilərini “müharibə əsiri” kimi təqdim etmələri anti-Azərbaycan siyasətinin davam etdirilməsi məqsədini açıq-aydın biruzə etməkdədir.
Əgər bu gün bizlər “Avroparlament Bakını bütün erməni əsirlərini azad etməyə çağırır” tipli bəyanatları görürüksə, bu qurumun Cənubi Qafqaz üzrə daimi nümayəndəsi Marina Kalyuardın, Ermənistan üzrə məruzəçisi Andrey Kovaçovun və Azərbaycan üzrə məruzəçisi Jelyana Zovkonun “Human Rights Watch”ın sözügedən iddialarla bağlı hesabatına imza atırlarsa, demək ki, ortada açıq-aşkar Azərbaycan əleyhinə kampaniya hazırlanıb və həmin kampaniyanın arxasında dayananlar Azərbaycanın ədalət mübarizəsindən qalib çıxmasından bərk nigarançılıq, möhkəm təlaş keçirirlər. Çünki regionda yeni güc kimi formalaşan müsəlman ölkəsi söz sahibinə çevrilməkdədir və bu məsələdə Türkiyə faktorunu da nəzərə alarsaq, onda bütün mənzərə öz çılpaqlığı ilə gözlər önünə sərilər - Cənubi Qafqazın lider ölkəsinə çevirlən müsəlman ölkəsi Azərbaycan iqtisadi, siyasi, coğrafi mövqeyini möhkəmləndirir və qərəzli, səlibçi xristian dünyası erməniçilik faktoruna qahmar çıxaraq bu siyasətin qarşısını hər vəchlə almağa cəhdlər göstərir!
Azərbaycanın 30 ilə yaxın müddətdə irəli sürdüyü tələblərinə ümumiyyətlə məhəl qoymayıblar, amma erməni tərəfinin ənənəvi “əzabkeş” səs-küylərnə dərhal reaksiya verdilər
Bu da son deyil. Hələ birinci Qarabağ müharibəsindən sonra itkin düşmüş minlərlə vətəndaşlarımızın taleləri məlum olmadığı halda “Human Rights Watch”ın məntiqsiz hesabatı arxasından qərəz işi çevirən Avroparlament hay-həşirçiləri “tələblərinin” mahiyyətini anlamadan “təəssüf” keçirdiklərini də utanmadan bəyan edirlər. Maraqlıdır, onlar niyə bugünə qədər Azərbaycanın 30 ilə yaxın müddətdə irəli sürdüyü tələblərinə ümumiyyətlə məhəl qoymayıblar, amma erməni tərəfinin ənənəvi “əzabkeş” səs-küylərnə dərhal reaksiya verdilər.
Əlbəttə, belə qərəzli yanaşmalar heç vaxt Azərbaycanı qətiyyətli mövqeyindən çevirə bilməz və bu birmənalıdır. Hətta o qədər birmənalıdır ki, bundan heç bir şübhələri olmasın. Çünki onlardan və ermənilərdən fərqli olaraq, Azərbaycan ədalətli mövqedədir və hətta müharibədən sonra qalan problemləri də müvafiq zaman kəsimində həll edəcək və ona qarşı yönələn bütün qərəzlərə layiqli cavabını verəcək!
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB