Ermənistanın silahlı qüvvələrinin vəzifəsindən kənarlaşdırılmış baş qərargah rəisi Onik Qasparyanın vəkili Artur Ovannisyan iddia edib ki, baş nazir Nikol Paşinyan cinayət əməlinə yol verib. SİA erməni KİV-lərinə istinadən xəbər verir ki, baş nazirin silahlı qüvvələrin baş qərargahına edilən yeni təyinatla bağlı bəyanatı və Onik Qasparyanın qərargahın rəisi olmadığını bildirməsi məhkəmə aktına qarşı çıxış etməkdir.
Vəkil bildirib ki, o bu cinayətlə bağlı hüquq orqanlarına müraciət edəcək. Belə ki, inzibati məhkəminin qərarının icra edilməsi mütləqdir. Məhkəmə isə Qasparyanın vəzifəsində qalması ilə bağlı qərar verib.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB