"Azərbaycan ərazisinə hərbçi göndərmək cəhdlərinə Ermənistan son qoymalıdır" Ceyhun Bayramov

"Azərbaycan ərazisinə hərbçi göndərmək cəhdlərinə Ermənistan son qoymalıdır" Ceyhun Bayramov

“Üçtərəfli bəyanatların bir sıra müddəalarının uğurla yerinə yetirilməsinə baxmayaraq, bəzi məqamlarda Ermənistandan konstruktiv yanaşmanı görmürük”. SİA xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu sözləri Slovakiyanın xarici və Avropa işləri naziri İvan Korçokla martın 17-də birgə keçirdiyi mətbuat konfransında deyib.

“Üçtərəfli bəyanata əsasən, Ermənistan Azərbaycan ərazilərindən bütün hərbi birləşmələrinin çıxarılmasına dair öhdəlik götürüb. Belə olan təqdirdə biz bir daha bu faktı qarşı tərəfin diqqətinə çatdırmaq istərdik ki, Azərbaycan ərazisinə hər hansısa hərbçilərin göndərilməsi cəhdlərinə son qoyulmalıdır”, deyə xarici işlər naziri Ceyhun Bayramov bəyan edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə