“Qarabağ Azadlıq Təşkilatı 1993-cü ildə bir məqsəd ətrafında toplaşan insanların hesabına yaranıb. O dövrdə Azərbaycanda hakimiyyət boşluğu və ordu dağınıqlığı olub. O zamanın insanları fərdi qəhrəman kimi tanınıb”. Bu sözləri SİA-ya açıqlamasında Qarabağ Azadlıq Təşkilatının Sədri Akif Nağı deyib.
Onun sözlərinə görə, torpaqlar işğaldan azad olunduqdan sonra Qarabağ səfərində iştirak etmək çox önəmli hesab olunurdu: “Torpağa ayaq basıb, əl vurduqca çox fərqli duyğular yaşanıb. Artıq biz bu ərazilərin sahibi idik. Lakin, ermənilərin törətdiyi dağıntı və vəhşiliklər ürəyimizə təəssüf hissi saldı. Bu səfərə getməklə biz dövlətimizin qələbəsinin bir daha şahidi olduq.
Qarabağ Azadlıq Təşkilatı içimizdəki ümidin ölməsinə heç vaxt icazə verməyib. Öz torpaqlarımıza şəhid və qazilərimizin qanı bahasına qayıtdıq. Biz müharibə tərəfdarı olmamışıq. Əlavə qan tökülməməsi üçün əlimizdən gələni etdik. Azərbaycan beynəlxalq təşkilatların qarşısında öz öhdəliklərini layiqincə yerinə yetirib. Ermənilər bizim məsələni sülh yolu ilə həll etmək cəhdlərimizi zəiflik kimi anlayıblar. Bütün bunlar bəs etmir kimi hətta, yeni ərazilərin işğalına da başlamaq istəyiblər. Müharibə dövründə Azərbaycan xalqı uzun zaman sonra yumruq olaraq birləşdi”.
Sədr onu da əlavə edib ki, Azərbaycan üçün ən böyük şans Pakistan, Əfqanıstan, Türkiyə, Ukrayna və İsrail kimi etibarlı müttəfiqlərinin olmasıdır: “Onlar hər mövqedə bizim yanımızda olublar. Ermənilər müharibəyə həddindən artıq yaxşı hazırlıq görüblər. Biz heç də zəif millətə qalib gəlmədik. Qarabağa səfərə gedənlərdən öz evinin dağıldığını, şəhidlərinin məzarının məhv olduğunun şahidi olanlar da az deyildi. Bu çox acınacaqlıdır”.
Ayşən Sadıxzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB