“Əməkdaşlığın əsası bizə olan inam və ölkəmizdəki stabillikdir” ÖZƏL-MÜNASİBƏT

“Əməkdaşlığın əsası bizə olan inam və ölkəmizdəki stabillikdir” ÖZƏL-MÜNASİBƏT

İlk növbədə, bizə daha önəmli bu bankın, Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycana inamıdır. Bu sözləri SİA-ya verdiyi açıqlamasında millət vəkili, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev deyib.
Millət vəkili qeyd edib ki, şəxsən onun üçün, bir iqtisadçı alim kimi, siyasətçi kimi ən maraqlı, ən əsas məqam ölkəmizə olan inam məsələsidir və digər məsələ də bu bankın dəstəyidir ki, bu dəstək məhz inam üstündə qurulur.
“Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycanla bu 30 ildə əməkdaşlıq münasibətləri onu göstərir ki, bu bank Azərbaycana həmin illər ərzində və həmişə inanıb. Həmin o 3 milyard avronun ayrılması, ölkəmizin transformasiyası, iqtisadiyyatın diversifikasiyası, infrastruktur layihələri çox önəmlidir. 13 nəhəng layihə sürətlə, vaxtında və uğurla başa çatdırılıb. Cənab Prezident öz minnətdarlığını da bildirdi bu bankın rəhbərliyinə və qeyd etdi ki, əsas, ən yadda qalan onların Cənub Qaz Dəhlizində bizə göstərilən maddi dəstəyidir.
Mən sizə deyim, artıq təbii ki, bu münasibətlərin yaranmasının əsası ondan ibarətdir ki, Azərbaycan strateji partnyor kimi iqtisadi tərəfdən, siyasi tərəfdən çox stabil bir ölkədir. Mən deyərdim ki, əməkdaşlığın əsası da budur və istənilən bank, dünya bankları, başqa maliyyə institutları bax elə məhz bu səbəbdən bizimlə işləmək istəyirlər.
Cənab Prezidentin dediyi kimi, bizim münasibətlərin yeni erası açılır. Biz yenə də çiyin-çiyinə bu bankla işləyəcəyik və mənə elə gəlir ki, bu gün Qarabağ regionunun bərpasında, inkişafında, infrastruktur layihələrində bu bankın bizə kifayət qədər dəstəyi olacaq”, deyə Rüfət Quliyev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə