Korotçenko: “Paşinyanın devrilməsinə ayrılan pullar içilib” "Svobodnaya Pressa"

Korotçenko: “Paşinyanın devrilməsinə ayrılan pullar içilib” "Svobodnaya Pressa"

Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru, Dünya silah ticarətinin analizi mərkəzinin direktoru, Kremlə yaxınlığı ilə seçilən politoloq İqor Korotçenko Ermənistanda cərəyan edən son prosesləri şərh edərkən daha bir maraqlı fakta toxunub. Onun sözlərinə görə, ölkədəki növbəti inqilab cəhdi uğursuzluğa düçar olub. Belə ki, Paşinyanın devrilməsinə ayrılan pullar oğurlanıb. SİA xəbər verir ki, politoloqun fikirlərini “Svobodnaya Pressa” agentliyi yayıb.

“Şəxsi heç nə yoxdur – sadəcə “biznes”, deyə qeyd edən Korotçenko bildirib: “Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasına ayrılan 30 milyon dolları bu işi boyunlarına götürənlər içiblər”.

Rusiyalı politoloq mənzərəni fransızsayağı ifadə edib. “Finito lya komediya (Komdediyanın sonu) - inqilab olmayacaq, Yerevanın (İrəvanın) küçə statistikləri dağılışa bilərlər”, deyə o sosial şəbəkə hesabında yazıb.

Agentlik onu da xatırladır ki, İqor Korotçenko hadisələr başlayarkən Rusiyanın hansı mövqe sərgiləyəcəyi proqnozunu da vermişdi. O qeyd etmişdi ki, mövcud vəziyyətdə Rusiya Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətini qorunmasında maraqlıdır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə