Baydenin imici üçün təhlükə ABŞ daha bir böhranla qarşılaşır

Baydenin imici üçün təhlükə ABŞ daha bir böhranla qarşılaşır

Ağ Ev daxili işlər ilə məşğul olsa da, ABŞ indi ölkənin cənubundan gələn və iqtisadiyyata, eləcə də Baydenin imicinə ciddi zərbə vura biləcək yeni bir təhdid qarşısındadır. SİA RenTV-yə istinadən xəbər verir ki, qucaqlarında körpə uşaqlar, çiyinlərində yüklər olan insanlar, ailələr ölkə sərhədlərini aşırlar və milli təhlükəsizlik qüvvələri belə bunun qarşısında gücsüzdürlər.
Qeyd olunur ki, indi cənub əyalətləri həyəcan içindədirlər. İşsizlik, sosial məsələlər qarşısında aciz qalan insanlar bu ölkəyə axın edirlər. Miqrantlarla bağlı problem günün reallığıdır. Bununla yanaşı, koronavirusun statistikası da xoşagələn deyil. İndi miqrant problemi olmadan belə yetərincə problemlər var. Üstəlik, bütün dünyanı lərzəyə salan virusun fonunda miqrant məsələsi daha aktual və qorxulu hesab olunur. Çünki insanların bu şəkildə hərəkəti daha böyük təhlükələr vəd edir.
"İnsanlar xüsusi diqqət yetirməli olduqları test belə edilmədən Amerika Birləşmiş Ştatları boyunca hərəkət edə biləcəklər", deyə Senator Henri Kuellar həyəcan təbili çalıb.
Ancaq görünür bu dalğa, deyəsən, dayandırıla bilmir. Tramp divarı Texası xilas etmir, insanlar maneələri yolsuzluq avtomobilləri ilə keçirlər, tunellər düzəldirlər, sulardan keçərək hərəkət edirlər.
"Burada çayın kənarında sərhəd nəzarət gəmilərini görə bilərsiniz, çünki gördüyünüz çayın digər tərəfi Meksikadır. Bura bütün ölkədən də miqrant sıxlığı çox olan bölgələrdən biridir. Son bir neçə gündə Amerika Birləşmiş Ştatlarına minlərlə miqrantın girməyə çalışdığını gördük", deyə jurnalist Damia Bonmati məlumat verir.
Yalnız keçən ay, ABŞ-ın cənub sərhədlərində təxminən 100.000 adam nəzarətə alınıb. Ölkəyə girməyi bacaranların dəqiq sayı məlum deyil. Məhz elə bu da yenicə fəaliyyətə başlayan prezidentin imicinə xələl gətirə biləcək güclü zərbədir. Axı məhz Baydenin adındam köç qaydaları dəyişdirildi. Daha əvvəl sığınacaq axtaranlar Meksikadakı düşərgələrdə idilər. İndi Ştatların ərazilərində bir qərar gözləmək məcburiyyətindədirlər.
"Baydenin etdiyi şey, praktik olaraq bizi ölkədə ən yüksək cinayət nisbətinə sahib olduğumuz 2019-cu illərə qaytarmaqdır", deyə Arizona Şerifi Mark Dunnels də tənqidi fikirlərini gizlətməyib.
Xatırladaq ki, ABŞ mətbuatı artıq açıq şəkildə miqrasiya siyasətinin Baydenin ilk uğursuzluğu olduğunu bəyan edir. Açıq şəkildə qeyd olunur ki, hakimiyyət qeyri-qanuni mühacir axınının öhdəsindən gələ bilmir. Milli Təhlükəsizlik Katibi hətta mülki şəxslərdən kömək istəməyə məcbur qalıb. İndi hərbçilər ölkənin cənub sərhədlərini qorumaq üçün könüllüləri aktiv şəkildə işə cəlb edir. Onu da diqqətə çatdıraq ki, Amerikada açıq silah daşınmasına icazə verildiyini nəzərə alsaq, sərhəd böhranının necə sona çatması hələ böyük və çətin bir sualdır ki, ABŞ bu sualla üz-üzədir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə