Ana Vətən Partiyasının Qadınlar Şurasının sədri şəhid analarını ziyarət edib - VİDEO

Ana Vətən Partiyasının Qadınlar Şurasının təşəbbüsü ilə millət vəkili Fəzail Ağamalının seçildiyi 60 saylı Salyan-Neftçala seçki dairəsindən I və II Vətən Müharibəsi Şəhidlərinin anaları ziyarət olunub.

SİA xəbər verir ki, Ana Vətən Partiyası Qadınlar Şurasının sədri Günay Ağamalı, millət vəkili Fəzail Ağamalının köməkçisi Xidmət Orucov, Salyan rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Ana Vətən Partiyası Salyan rayon Qadınlar Şurasının sədri, Ana Vətən Partiyası Qadınlar Şurasının üzvləri şəhid analarımızla görüşüb, onları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ediblər. Ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş Vətən oğullarının əziz xatirəsini yad etmək, onların ailəsinə, doğmalarına diqqət və qayğı göstərmək hər birimizin mənəvi borcudur.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...