Bayden niyə qorxur? Konqres üzvləri də qorxu içindədirlər

Co Baydenin qəribə davranışı amerikalıları qəzəbləndirib və təxminən 50 gündür hakimiyyətdə olan ABŞ prezidenti hələ bir dəfə də olsun mətbuat konfransı keçirməyib. SİA xəbər verir ki, Washington Post-a görə, ABŞ prezidenti bunu heç yaxın gələcəkdə də etmək niyyətində deyil.

Sosial mediada istifadəçilər Ağ Ev rəhbərinin sadəcə təsadüfi və gözlənilməz suallardan qorxduğunu düşünürlər. Konqres üzvləri özləri indi qorxu içindədirlər.
Bir neçə saat əvvəl senatorlar qeyri-adi formatda olsalar da, yenə də iclas keçiriblər və qeyd olunur ki, zal yarı boş vəziyyətdə olub. Çöldə yüzlərlə hərbçi və tikanlı məftillər də var. Halbuki, hər hansı bir təxribatın hazırlandığına dair real sübut yoxdur. ABŞ polisi onsuz da Milli Qvardiyanın Vaşinqtonda yerləşməsini uzatmağı xahiş edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...