Əfv komissiyası bu gün 100-dən artıq müraciətə baxdı

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib. SİA xəbər verir ki, iclasda əfvlə bağlı 100-dən artıq müraciətə baxılıb.

Qeyd edək ki, indiyədək komissiyanın 4 iclası keçirilib və daxil olan müraciətlərin 450-dən çoxuna baxılıb. İclaslarda əsasən yol nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə baxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...