Paşinyanın mitinqinə insanlar tovladılaraq çıxarılıb "Hraparak" qəzeti yazır

Martın 1-də rəsmilər insanları Ermənistanın baş naziri Nikol Paşinyanın mitinqinə cəlb etmək üçün müxtəlif "təşviq" vasitələrinə əl atıblar. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, "Hraparak" qəzeti bu barədə yazır.
“Bəzi kəndlərdə pul paylanırdı, bəzilərində borclarının silinəcəyinə söz verirdilər. Məsələn, Ararat bölgəsinin qubernatoru Razmik Tevonyanın tapşırığı ilə xalqı “yedirmək” qərarı veriblər.
Avtobuslarda kəndlərdən İrəvana mitinqə gedən insanlara kabab verilib. Mitinq zamanı əlbəttə ki, çoxları Paşinyanın çıxışına qulaq belə asmırdı və göründüyü kimi, insanlar eyni mətnlərdən və əsassız ifadələrdən beziblər”, deyə qəzet qeyd edir.
Göründüyü kimi, rəsmilər insanları Ermənistanın baş nazirinin mitinqinə cəlb etmək üçün müxtəlif vasitələrdən istifadə ediblər. Daha dəqiq desək, Paşinyanın mitinqinə insanlar tovladılaraq çıxarılıb və bu barədə "Hraparak" qəzeti də yazır, etiraflar edir. Müxtəlif yollarla baş nazirin mitinqinə toplaşan insanların isə ona qulaq asmaması tamamilə başadüşüləndir. Əlbəttə ki, tovladılaraq, şirnikləndirilərək meydana toplaşan insanlar üçün “Paşinyanın nağılları” artıq maraqsızdır və onlar sadəcə, öz maraqları naminə, xırda ehtiyaclarının qarşılanması müqabilində mitinqə toplaşmışdılar. Bu isə Paşinyanın mitinqinə insanların qatılması, tərəfdarlarının bu qədər olması, onun dəstəklənməsi anlamına gəlmir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...