"Ermənilər silaha yox, ağıla müraciət etməlidir" Arbak Xaçatryan

"Ermənilər silaha yox, ağıla müraciət etməlidir" Arbak Xaçatryan

“Müharibədən sonrakı stres erməni cəmiyyətində silinməz iz buraxıb. Ölkə viran qalıb, iş yoxdur və digər ölkələrlə normal münasibətlər də mövcud deyil. Bu gün Ermənistanda boş lovğalanmaqdan, özünü tərifləməkdən, qulağı oxşayan və reallıqla heç bir əlaqəsi olmayan fərziyyəli utopik ifadələr səsləndirməkdən başqa bir şey edən yoxdur.” SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri siyasi analitik Arbak Xaçatryan erməni mətbuatına verdiyi müsahibəsində deyib.

Siyasi analitik çəkinmədən etiraf edib ki, Ermənistan qanunların və ümumilikdə, qanunauyğunluğun belə tətbiq olunmadığı, işləmədiyi bir ölkədir və ermənilər müharibədəki məğlubiyyətdən müəyyən dərslər götürməlidirlər.
“Bu gün böyük təhlükənin astanasındayıq. Bu anda intiqam məsələsini qaldırmaq və yeni bir müharibə üçün səy göstərmək belə mənasızdır, çünki bu dəfə bütün bölgəmiz alova bürünəcəkdir. Vəziyyətdən real şəkildə xəbərdar olmaq və vəziyyəti ayıq şəkildə qiymətləndirmək lazımdır. Bu gün kömək üçün silahlara yox, ermənilər ağıla müraciət etməlidirlər”, deyə Arbak Xaçatryan bildirib.

Göründüyü kimi, Ermənistanda olan güclər, siyasi qüvvələr nəhayət başa düşməlidirlər ki, ac, yoxsul bir ölkəni onsuz da soymaq olmaz. Hər yerdən, hər tərəfdən səslənən küfr və lənətlər altında xoşbəxt olmaq, firavan yaşamaq mümkün deyil. Əgər erməni cəmiyyətinin sağlam düşüncəli təbəqəsi varsa və onlar da bütün bunları dayandıra bilmirlərsə, yaxud ümumiyyətlə bu ölkədə sağlam düşünən yoxdursa, bundan sonra Ermənistan deyilən bir ölkənin, dövlətin mövcud olacağını təsəvvür belə etmək mümkünsüzdür.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə