Və ya Ermənistan rəsmilərinin bəyanatları onları tamamilə məhv edəcək yeni müharibənin siqnallarını verməkdədirlər
Ermənistanın mövcud iqtidarının hələ də xam xəyallara qapılaraq Qarabağ məsələsi ətrafında müxtəlif və ermənilərə xas olan manipulyasiyalara əl atmaları istər-istəməz bir məsələ üzərində düşünməyə vadar edir, suallar yaradır – 44 gündə düşmən ordusunu darmadağın edərək, Ermənistan hakimiyyətini kapitulyasiya aktına imza atdıran Azərbaycanın, hətta qalib olmasına rəğmən, sülhə hazır olması bəyanatlarına qarşı erməni hakim siyasi isteblişmentinin bəyanatları onların, yəni düşmənin sülhə hazır olmadığı faktını müəyyən edirmi? Çünki son zamanlar məhz erməni hakim dairələrinin bu və ya digər rəsmilərinin fikir və düşüncələrini araşdırarkən daha çox onların sülhə hazır olmadıqları görünməyə başlayır.
Bu dəfə şərt irəli sürən, məhz bizik və bizim haqlı şərtlərimizlə hesablaşanlar da var!
Düzdür, bir sıra planlarda - misal üçün iqtisadi sferada, sərhədlərin blokadadan çıxarılması, nəqliyyat dəhlizlərinin açılması və s. kimi məsələlərdə ermənilər danışıqlara başlamağa hazır olduqlarını deyirlər, amma digər tərəfdən bu planların realizəsinin qarşısını alan fikir və düşüncələri ilə tamamilə əks mövqedə dayandıqlarını da nümayiş etdirirlər. Bəlkə də Ermənistanın ağası rolunda çıxış edən Rusiyanın hərbi, siyasi, iqtisadi dairələri müxtəlif cəhətlərdən ermənilərə gizli tapşırıqlarını verməklə onları təlimatlandırırlar, amma bu, o demək deyil ki, həmin vasitələrlə qalib Azərbaycana qarşı gülünc, məntiqsiz və heç bir təsir qüvvəsi olmayan şərtlər irəli sürsünlər. Çünki bu dəfə şərt irəli sürən məhz bizik və bizim haqlı şərtlərimizlə hesablaşanlar da var! Amma Ermənistan nə edir və daha hansı hoqqabaz bəyanatları ilə dünyanın diqqətini özünə tərəf cəlb etməyə cəhdlər göstərir?
Ara Ayvazyana görə, beynəlxalq müstəvidə Azərbaycanın tərkib hissəsi kimi tanınan Qarabağ “işğala” məruz qalıb və bu “fakt” aradan qalxmamış münaqişənin həll olunmadığını hesab etmək lazımdır
Məsələn, Ermənistanın xarici işlər idarəsinin rəhbəri Ara Ayvazyan parlamentdəki çıxışı zamanı səsləndirdiyi bəyanatında bildirib ki, sən demə, beynəlxalq müstəvidə Azərbaycanın tərkib hissəsi kimi tanınan Qarabağ “işğala” məruz qalıb və bu “fakt” aradan qalxmamış münaqişənin həll olunmadığını (?!-R.R.) hesab etmək lazımdır. Maraqlı və düşündürücüdür, deyilmi? Biz növbəti dəfə açıq-aşkar əsl erməni tipajına malik olan gerçək və aşırı həyasızlıq sindromunun necə baş qaldırdığını müşahidə etməkdəyik. Bu sindrom erməni adlandırılan məxluqların (millət kimi adlandırmağa qələm yazmadı-R.R.) əsrlərdir davam edən genetik və sağalmaz xəstəliklərinin təzahürləridir. Yəni məğlub olan tərəf olmasına rəğmən, şərtlər irəli sürməyi yalnız və yalnız ermənilər edə bilərlər və edirlər də...
Keçək Aranın növbəti bəyanatına – deyir ki, tənzimlənməmiş Qarabağ münaqişəsi regionun ən mühüm çağırışlarından biridir.
İşğalçılıq, qəsbkarlıq, təcavüzkarlıq, revanşizm siyasəti bu gün də qalmaqdadır və hər an dirçələ, başını qaldıra bilər!
Baxın, 1988-ci ildən başlayaraq əvvəlcə Qarabağın Azərbaycanın tərkib hissəsindən ayrılaraq Ermənistana birləşdirilməsi tələbini irəli sürən ermənilər sonradan, hətta Ermənistanın tanımağa cürət etmədiyi “dqr”i “təsis” etdilər və sonrakı proseslər ta 44 günlük müharibədə qazandığımız qələbəyə qədər məlumdur, ona görə də onları yenidən yazmağa, izah etməyə gərək də qalmır. Yəni regionda aləmi bir-birinə qatan, müharibə yaradan, on minlərlə insanların ölümünə səbəb olan işğalçılıq, qəsbkarlıq, təcavüzkarlıq, revanşizm siyasəti bu gün də qalmaqdadır və hər an (!!!-R.R.) dirçələ, başını qaldıra bilər. Biz bunu Ermənistanın rəsmi şəxslərinin Qarabağa etdikləri səfərləri əsnasında da görürük. Görürük ki, Rusiya sülhməramlılarının nəzarətləri altında qalan Xankəndi və ətrafı separatçılıq ocağı qismində közərməkdədir və tam şəkildə söndürülməyib. Görürük ki, həmin səfərlər həyata keçirilərkən “iki erməni respublikası” kimi fraza və kəlmələr səslənməkdə davam edir və bütün bunlar heç də yaxşılığa doğru getməyən məsələlərdir. Belə olan halda...
Bu məxluqlar hələ də müəyyən edə bilməyiblər ki, Qarabağ desinlər, yoxsa “artsax”
Belə olan halda Ermənistanın XİN rəhbərinin odun üzərinə benzin tökməsi faktı vəziyyətin daha da gərginləşməsinə xidmət edir – istər bunu özləri reallaşdırır, istərsə də ağalarının sifarişləri sayəsində özlərində belə bir cürətlər tapırlar. Ona görə də Ara Ayvazyan deyir: “Artsaxın” (dırnaqlar bizimdir – R.R.) bir hissəsinin (?!) “işğalı” münaqişənin həll olunması qənaətini daşımır. Münaqişənin sülh yolu ilə tənzimlənməsinin həlli hər kəsin hüquqi iştirakı ilə yalnız “artsaxın” birdəfəlik statusunun müəyyən edilməsindən keçir”. O, yalnız əsirlərin qaytarılmasından sonra İrəvanın sülh danışıqlarına hazır olduğunu da öz sərsəm bəyanatında əlavə edib.
Yeri gəlmişkən, bu məxluqlar hələ də müəyyən edə bilməyiblər ki, Qarabağ desinlər, yoxsa “artsax”. Halbuki, “artsax” ifadəsinin özü də bizim tarixi alman köklərimizdən gələn sözdür, sadəcə, oğru məxluqlar onu da erməniləşdirərək əlimizdən almağa cəhdlər göstərirlər. Bu barədə isə növbəti yazılarımda qeyd edəcəyəm. İndi isə qayıdaq mövzuya.
Ermənistan, ümumiyyətlə, sülhə hazır deyil və noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatı, eləcə də yanvarın 11-də əldə olunmuş razılaşmaları birtərəfli qaydada pozmaqla məşğuldur
Ermənistanın XİN rəhbəri şərt irəli sürüb ki, müharibədən sonra hərbçilərimizə qarşı diversiya törətmiş və Azərbaycanın qanunları qarşısında cavab verməli olan hərbi cinayətkarlar da geriyə qaytarılmalıdır, əks halda heç bir danışıqlardan söhbət gedə bilməz və s. və i!
Bəs buradan hansı nəticələr qaynaqlanır? Fakt budur ki, Ermənistan ümumiyyətlə sülhə hazır deyil və noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatı, eləcə də yanvarın 11-də əldə olunmuş razılaşmaları birtərəfli qaydada pozmaqla məşğuldur. Bu zaman qalır yeganə cavab – hərb faktoru. Əgər bu gün Ara Ayvazyana sual edərsək ki, Ara, ay Ayvazyan, sən ya da siz (Ermənistan hakimiyyəti) hərb istəyirsiniz, yoxsa sülh? Onlar dərhal yuxarıda qeyd edilən bəyanatlarını səsləndirməklə hərb, yəni müharibəyə sövq variantından çıxış edəcəklər. Güclü və qalib Azərbaycan buna hazırdır, bəs məğlub və zəif ermənilər kimə arxalanırlar, ağalarınamı..? Bu zaman qoy arxalansınlar, Azərbaycan nəyin bahasına olursa-olsun, heç kimin ağasına məhəl qoymadan yerdə qalan torpaqlarını da bu və ya digər hallarda geri qaytaracaq, hətta qaytarmağa hazırlaşır, şübhə-filan da etməsinlər!
Rövşən RƏSULOV
P.S. “İnsanlığı məhv edən müharibələr deyil, özü-özünü aldatmaqdır”. Bunu isə dünyaca məşhur ingilis fiziki Stiven Hokinq demişdi...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB