Krım körpüsündən keçən yol, əlverişsiz hava şəraiti səbəbindən gün ərzində artıq ikinci dəfə bağlanılıb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Krım Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, ilk dəfə körpü səhər saatlarında, saat altı radələrində avtomobillər üçün bağlanılıb, təxminən 8:30 radələrində Kuban istiqamətində nəqliyyat qismən bərpa edilib, Krım istiqamətində isə qapalı qalıb. Bir saatdan sonra körpü hər iki istiqamətə yenidən bağlanılıb.
"Mövcud vəziyyəti aradan qaldırmaq üçün işlər aparılır", deyə Krım Fövqəladə Hallar Nazirliyinin mesajında bildirilir.
Sözügedən Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Krımda hava şəraiti pis olaraq qalır, ərazidə çovğun, duman, buz, saniyədə 20-25 metrə qədər külək müşahidə edilir. Sinoptiklər uçqun təhlükəsi barədə də xəbərdarlıq ediblər.
Avtomobil idarə edənlərdən “Tavrida” şossesi boyunca, Anqarsk və Qruşevsk aşırımlarından, Ay-Petri dağından, eləcə də dağlıq meşə ərazilərindən keçən yollar boyunca sürməmələri xahiş olunur.
Xatırladaq ki, həmin yol, Krasnodar Bölgəsi ilə Krımı birləşdirən körpü Rusiya və Avropada ən uzun yoldur və uzunluğu 19 kilometrdir. Körpünün yol hissəsi 2018-ci ilin may ayında açılıb, sərnişin qatarlarının hərəkəti 2019-cu ilin dekabrında, yük qatarları isə 30 iyun 2020-ci il tarixində hərəkətə başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB