İqtisadiyyatın həssas sahələri üçün risk yaradan sanksiyalar olduğu təqdirdə Rusiya Avropa Birliyi ilə əlaqələrini pozmağa hazırdır. SİA xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov bu sözləri “Solovyov Live” YouTube kanalında söyləyib.
“Yenidən görsək ki, bir neçə dəfə bunu hiss etmişik, ən həssas sahələr daxil olmaqla iqtisadiyyatımız üçün risk yaradan bəzi sahələrdə sanksiyalar tətbiq olunur, AB ilə əlaqələri poza bilərik. Özümüzü dünya həyatından təcrid etmək istəmirik, amma buna hazır olmalıyıq”, deyə Lavrov bildirib.
RİA Novostinin verdiyi məlumata görə, Rusiya xarici işlər naziri qeyd edib ki, “sülh istəyən, müharibəyə hazır olmalıdır”.
“Əminəm ki, hazırda hərbi baxımdan özümüzü tam təmin edirik. İqtisadiyyatda da eyni vəziyyətə çatmalıyıq”, deyə Rusiya xarici işlər naziri bəyan edib.
Xatırladaq ki, bir qədər əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova, Rusiyaya qarşı sanksiya tətbiq edilməsi mövzusunda Avropa Birliyinə ünvanlanmışdı və bu vəziyyətdə bir cavabın olacağı haqda da xəbərdarlıq etmişdi. Zaxarova vurğulamışdı ki, demokratik prinsiplərə geosiyasi bir vasitə kimi müraciət etmək qəbuledilməzdir.
Nəzərə çatdıraq ki, Almaniyanın xarici işlər naziri Heiko Maas, AB xarici işlər nazirlərinin Rusiyaya qarşı yeni sanksiyaların 22 fevral tarixində tətbiq olunma ehtimalını müzakirə edəcəyini söyləyib.
Göründüyü kimi, Avropa Birliyinin sanksiyalar barədə fikirlərinə Rusiya tərəfi öz cavabını gecikdirməyib və Lavrovun da qeyd etdiyi kimi, bu, ondan irəli gəlir ki, Rusiya buna hazırdır. Hətta, “sülh istəyən, müharibəyə hazır olmalıdır” deməklə, Lavrov AB sanksiyalarına Rusiyanın hazır olduğunu vurğulayıb.
Eyni zamanda, ölkənin xarici işlər nazirinin sözlərindən məlum olur ki, Rusiya hərbi baxımdan olduğu kimi, iqtisadiyyatda da özünü tam təmin etməyə hazırlıq görür. Bu, Lavrovun, “İqtisadiyyatda da hərbdə olan eyni vəziyyətə çatmalıyıq” sözlərində özünü təsdiq edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB