Şəhid Qasımov Ramiz Vaqif oğlunun ailəsi ziyarət edilib FOTOLAR
Fevralın 11-də Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının və Xəzər rayon İcra Hakimiyyətinin nümayəndələri Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Qasımov Ramiz Vaqif oğlunun ailəsini ziyarət ediblər. SİA-nın verdiyi məlumata görə, Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Milli Məclisin deputatı Rauf Əliyev şəhid ailəsinin vəziyyəti ilə maraqlanıb, ailəsinə qəhrəman oğul böyütdüklərinə görə təşəkkür edilib. Həmçinin şəhidin ailəsinə maddi yardım edilib.
Yeni Azərbaycan Partiyasının nümayəndələri bildiriblər ki, Azərbaycan dövləti öz oğullarının qəhrəmanlıqlarını yüksək qiymətləndirir və bunu heç zaman unutmayacaq.
Qeyd edək ki, Qasımov Ramiz Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edib və qəhrəmancasına şəhid olub.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB