"Ermənistanın iqtisadi tənəzzülü 8%-ə çata bilər" Maliyyə naziri

"Ermənistanın iqtisadi tənəzzülü 8%-ə çata bilər" Maliyyə naziri

Ermənistanda iqtisadi azalma 2020-ci ilin sonunadək 8% -ə çata bilər. SİA xəbər verir ki, bunu Ermənistan maliyyə naziri Atom Cancuqazyan cümə axşamı hökumətin iclasında deyib.

"Bu gündən etibarən, düzəlişlər nəticəsində 2020-ci il üçün iqtisadi tənəzzül proqnozları 8 % olaraq qiymətləndirilir", deyə Jancuqazyan bildirib.

Eyni zamanda nazir, 2020-ci ilin əvvəllərində iqtisadi tənəzzülün iki rəqəmli nisbətlərə çata biləcəyi proqnozlaşdırıldığını da qeyd edib.

Milli Statistika Komitəsinin məlumatına görə, Ermənistandakı iqtisadi aktivliyin göstəricisi, ilkin məlumatlara əsasən, 2020-ci ilin yanvar-dekabr aylarında 2019-cu ilin eyni dövrünə nisbətən 7,5% azalma qeydə alınıb.
Dünya Bankına görə də, Ermənistan iqtisadiyyatı 2020-ci ildə 8 % azalacağı proqnozlaşdırılırdı. BVF isə 2020-ci ilin sonunadək Ermənistanın ÜDM-də 7,25% azalma proqnozlaşdırıb.

Əlbəttə ki, yalnız işğalçılıq siyasətini özünə strategiya olaraq qəbul edən Ermənistan kimi bir ölkə üçün başqa hansısa müsbət proqnoz verilə bilməzdi. Statistik göstəricilər də təsdiq edir ki, işğalçı ölkədə yalnız iqtisadi tənəzzül müşahidə olunub və əslində, gözlənilən olub. Ümumiyyətlə, təkcə iqtisadi deyil, bütün sahələrdə Ermənistanın tənəzzülü qaçılmazdır və bunu maliyyə naziri Cancuqazyanın timsalında ermənilər özləri də etiraf etmək məcburiyyətində qalıblar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə