Ruslar Njdenin abidəsini sökmək tələbini irəli sürdülər XOCAVƏNDDƏ
Erməni KİV-lərinin və sosial şəbəkə seqmentlərinin məlumatına görə, Azərbaycanın Xocavənd rayonunun rusiyalı sülhməramlıların nəzarət etdiyi ərazisində ötən ilin may ayında Qaregin Njdeyə qoyulmuş abidə ilə bağlı insident yaşanıb. SİA-ya daxil olan məlumata görə, sözügedən əraziyə təhkim olunmuş rusiyalı sülhməramlılar abidənin sökülməsi tələbi ilə çıxış ediblər. Onlar faşist Almaniya hökumətinin nökəri olmuş və eyni zamanda minlərlə insanların qətlində iştirak etmiş qaniçən Njdenin abidəsi ətrafında xidmət keçirmələrini mənəvi və s. baxımdan doğru hesab etmədiklərini yerli ermənilərə bildiriblər.
Xatırladaq ki, Qaregin Njdenin böyük abidəsi Ermənistanın paytaxtı İrəvanda da ucaldılıb və beynəlxalq antifaşist dairələrin tələblərinə baxmayaraq, abidə bu gün də öz yerində qalmaqda davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB