Bayden Trampın bütün danışıqlarını izləməyə çalışır ABŞ mediası

Bayden Trampın bütün danışıqlarını izləməyə çalışır ABŞ mediası

ABŞ-ın keçmiş prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə bəzi danışıqlarının məzmunu bir sirr olaraq qalır, lakin ABŞ-a rəhbərlik edən Co Bayden artıq bunlara giriş əldə edə biləcək. SİA xəbər verir ki, bu barədə "Politico" qəzeti yazır.

Qəzetin informasiyasına görə, iki ölkənin liderləri arasında ən azı on bir söhbət gizli qalır və bu gizlinlərin açılması, Trampın öz həmkarı ilə olan danışıqlar zamanı nələri isə gizli saxlayıb-saxlamadığı, hansısa sövdələşmələrin olub-olmadığı barədə məlumatları üzə çıxaracaq.

"Bu lentləri görmək üçün onların “xeyir-dua”ya ehtiyacları yoxdur. Zənglər və danışıqlarla bağlı bütün materiallar artıq Baydenin əlindədir", deyə qəzet keçmiş Trump administrasiyasının bir səlahiyyətlisindən sitat gətirib.

Qəzetin yazdığına görə, Bayden rəhbərliyi bu telefon danışıqlarının məzmununu görüb-görmədiklərini açıqlamayıb. Bununla yanaşı, Milli Təhlükəsizlik Şurasının əvvəlki rəhbərliyin telefon danışıqlarının qeydlərinə giriş ilə bağlı heç bir şikayətinin olmadığı qeyd edilir.

Qəzetin qeyd etdiyinə görə, Tramp hakimiyyətdə olduğu müddətdə xarici liderlərlə olan şəxsi söhbətlərin məxfiliyini "diqqətdə saxlayıb, qoruyub", hətta sızmaların qarşısını almaq üçün işçilərinin və kabinet üzvlərinin girişini də məhdudlaşdırıb. Söhbətlər qeydə alınmasa da, köməkçilər hər halda onları eşidir və deyilənləri qeyd edirdilər. Putin administrasiyası rəsmisi isə Putinlə danışıqlar da daxil olmaqla ortaya çıxan fərdi transkriptlər silinmədiyini, gözlənildiyi kimi ABŞ Milli Arxiv və Qeydlər İdarəsinə getdiyini söyləyib.

Bununla yanaşı, Trampın keçmiş müşavirləri qəzetə bildiriblər ki, ictimaiyyət qarşısında söyləmədiklərini Tramp Putinə nadir hallarda deyib.

Göründüyü kimi, ABŞ prezidenti seçildikdən sonra Baydan özündən əvvəlki prezidentin işlərini araşdırmağa maraq göstərir. Əlbəttə ki, yeni seçilən prezidentin belə araşdırmalara olan marağı başadüşləndir, çünki, öz hakimiyyətini qorumağa və mövcud vəziyyətə nəzarət etməyə çalışır. Şübhəsiz ki, bu mənada Bayden özündən əvvəlki prezident Trampın təkcə telefon danışıqlarını deyil, ola bilsin bütün fəaliyyətini, görüşlərini, hər addımını, hər kəlməsini belə araşdıra bilər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə