Azərbaycan əsgəri ermənilərin Xudavəngə daxil olmasına İCAZƏ VERMƏDİ
Fevralın 7-də bir qrup Qarabağ ermənisi rusiyalı sülhməramlılarının müşayiəti ilə Kəlbəcər ərazisində yerləşən qədim Alban kilsəsi – Xudavəngin ərazisinə daxil olmaq istəsələr də, Azərbaycan hərbçiləri onları monastırın ərazisinə daxil olmalarına icazə verməyiblər. SİA xəbər verir ki, bunu quldur rejimin nəzarəti altında dərc edilən "Azat Artsax" qəzeti yazıb. Qeyd olunur ki, azərbaycanlı hərbçilər qadağanı səfərin onlarla razılaşdırılmadığı üçün tətbiq edildiyini qarşı tərəfə bildiriblər.
"Ziyarətçilər geriyə "stepanakertə" dönməyə məcbur qalıblar", deyə separatçıların qəzetləri yazıb.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB