Daha bir aksiya keçirilir İrəvanda

Daha bir aksiya keçirilir İrəvanda

İrəvan meriyasının qarşısında uşaq bağçalarına qəbulun təşkili ilə əlaqədar etiraz aksiyası keçirilir. SİA Ermənistana məxsus armenianreport.com saytına istinadən xəbər verir ki, 8 fevral tarixində İrəvan meriyasının qarşısında keçirilən etiraz aksiyası bir qrup valideynin övladlarını bağçaya qəbul etmənin düzgün təşkil edilməməsi ilə əlaqədardır.

Məlumata görə, Lusine Sarkisyan adlı bir aksiya iştirakçısı jurnalistlərə bildirib ki, uşaq bağçalarına qəbul məsələsi hələ həll olunmayıb və nə vaxt həll ediləcəyi də bəlli deyil.

“Valideynlər artıq bir ildir ki, əziyyət çəkirlər. İndi karantin yenidən uzadılır, ancaq uşaq bağçalarına qəbulla bağlı heç bir şey deyilmir”, deyə L.Sarkisyan etirazını bildirib.

Qeyd olunur ki, 2019-cu ildən bəri növbədə olan uşaqlar hələ də bağçaya getmirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə