Azərbaycanın Tacikistandakı səfiri prezidentlə görüşüb

Azərbaycanın Tacikistandakı səfiri prezidentlə görüşüb

Tacikistan prezidenti Emomali Rahmon Azərbaycanın bu ölkədəki səfiri Məhərrəm Əliyevi səlahiyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib. SİA-nın "Xovar" agentliyinə istinadən verdiyi məlumata görə, M.Əliyev Terrorçuluq, narkomaniya və ekoloji cinayətlərlə mübarizə üzrə beynəlxalq komitənin (İNTERSAFETY) "Aypara və ulduz" ordenini E. Rahmona təqdim edib. Görüşdə Azərbaycan və Tacikistan arasındakı ikitərəfli əməkdaşlıq məsələləri də müzakirə edilib. E.Rahmon M.Əliyevin diplomatik fəaliyyətini müsbət qiymətləndirib. Məhərrəm Əliyev isə öz növbəsində gələcəkdə də ölkələr arasında münasibətlərin möhkəmlənməsi və inkişafı üçün səy göstərəcəyini bildirib.

Qeyd edək ki, Ordenlə müsəlman ölkələrinin rəhbərləri və islam dünyasının dahi şəxsiyyətləri insanpərvərlik və ədalət ideyalarının təbliğinə və həyata keçirilməsinə sanballı töhfəyə görə mükafatlandırırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə