Ermənistanda ümumi koronavirus xəstələrinin sayı kəskin artaraq 167.9 minə çatıb. SİA xəbər verir ki, bu barədə Ermənistan Respublikasının Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin saytında məlumat yer alıb.
Məlumata görə, Ermənistanda son bir gündə bu xəstəlik səbəbindən 5 nəfər ölüb. Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin saytında yer alan məlumata əsasən, son gündə Ermənistanda təsdiqlənmiş 167.937 koronavirus hadisəsi qeydə alınıb.
Qeyd olunur ki, gün ərzində koronavirus üzrə yeni yoluxma hadisələrinin sayı 211 olub. Diqqətə çatdırılır ki, sonuncu dəfə Ermənistanda gün ərzində 200-dən çox yoluxma hadisəsi yanvarın 27-də qeydə alınıb.
Mərkəzin məlumatına görə, Ermənistanda ümumilikdə 661.749 koronavirus testi aparılıb, bu xəstəlikdən 3 114 nəfər ölüb, hazırda 4 467 xəstə müalicəsini davam etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB