Korotçenkonun sorğusu: Ermənistan böhrandan çıxa bilməyəcək HEÇ VAXT!

Korotçenkonun sorğusu: Ermənistan böhrandan çıxa bilməyəcək HEÇ VAXT!

Rusiyalı politoloq, “Milli müdafiə” hərbi-siyasi jurnalının təsisçisi və baş redaktoru İqor Korotçenko “Ermənistan nə zaman böhrandan çıxacaq?” sualı altında teleqram və tvitter səhifəsində sorğu keçirib. SİA xəbər verir ki, sorğuda irəli sürülən sualların hər birində rəqəm və faiz göstəriciləri qoyulub.

Beləliklə, teleqram səhifəsindəki sorğuda iştirak edənlərin “Tezliklə” cavabını verənlər 3%, “Paşinyanın istefasından sonra” cavabına səs verənlər 3%, “Heç vaxt” deyənlər 82 %, “Cavab verməyə çətinlik çəkirəm” bildirənlər isə 12%-i təşkil ediblər.

Tvitterdəki sorğuda da bənzər hal yaşanıb. Belə ki, “Tez bir zamanda” deyənlər 3%, “Paşinyanın istefasından sonra” bildirənlər 17%, “Heç vaxt” iddiasına səs verənlər 66%,“Cavab verməyə çətinlik çəkirəm”, deyə səs verənlər isə 14%-i göstərib.

Nəticədə sorğuda iştirak edənlərin böyük əksəriyyəti Ermənistanın düşdüyü siyasi-iqtisadi böhrandan heç vaxt çıxa bilməyəcəyi qənaətinə gəliblər.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə