Keçmiş nazir seçkilərə qatılmaq niyyətindədir Ermənistan mətbuatı
Ermənistanın keçmiş müdafiə naziri seçkilərdə iştirak etməyə hazır olduğunu açıqlayıb. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə S. Ohanyan, “Kentron” telekanalına verdiyi müsahibədə bildirib.
“Seçkilərdə iştirak edəcəm, amma hansı güclə, bax buna qərar verəcəyəm” deyə Ohanyan, sözügedən telekanala verdiyi müsahibədə erkən seçki vəziyyətində iştirakla bağlı sualı cavablandırarkən bəyan edib.
“Hər bir insanın konstitusiya hüququ və hətta bu gərgin vəziyyətdə seçkilərdə iştirak etmək vəzifəsi var. Ermənistan Respublikasının vətəndaşı olaraq seçkilərdə iştirak edəcəyəm, amma hansı güclə və hansı formatda, bax buna özüm qərar verəcəyəm”, deyə keçmiş nazir izah edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB