Azərbaycan-İtaliya strateji tərəfdaşlığında YENİ MƏRHƏLƏ

Azərbaycan-İtaliya strateji tərəfdaşlığında YENİ MƏRHƏLƏ

Azərbaycan Avropanın qədim mədəniyyətinə sahib, iqtisadi cəhətdən inkişaf etmiş İtaliya Respublikası ilə əlaqələrini genişləndirir. Ölkəmizin dünyanın müxtəlif ölkələri ilə qurduğu ikitərəfli əlaqələr, mehriban dostluq və əməkdaşlıq münasibətləri ildən-ilə genişlənərək yeni keyfiyyət mərhələsinə qədəm qoyur. Ölkəmiz region dövlətləri ilə yanaşın digər qütblərdə qərarlaşan dövlətlərlə sıx əlaqədədir. Belə strateji tərəfdaş olduğumuz ölkələrdən biri də İtaliyadır.

Ölkə başçısının ötən gün İtaliya-Azərbaycan universitetin yaradılması ilə bağlı açıqlama verməsi də buna nümunə sayıla bilər. İtaliya Azərbaycan arasında strateji tərəfdaşlıq bundan sonrakı mərhələdə xüsusi önəm kəsb edir.

Qeyd edək ki, Vətən müharibəsi dövründə dəfələrlə İtaliya mətbuatında Azərbaycanın haqlı mövqeyinin əks olunması ilə bağlı məlumatlar yayımlanıb.



Nümunə kimi İtaliyanın "La Republica” qəzetində xüsusi müxbir Peitro Del Renin müəllifi olduğu "Azərbaycanlıların fəryadı: "Məhz bu səbəbdən Dağlıq Qarabağın ayrılmasını qəbul edə bilmərik” adlı məqalənin dərc olunduğu göstərə bilərik. Məqalədə münaqişənin tarixinə və acı nəticələrinə də toxunulurdu. Həmçinin, "Human Rights Watch” təşkilatına istinadən 1992-ci ildə Ermənistan ordusu tərəfindən Xocalıda mülki əhaliyə qarşı soyqırımı törədildiyi, rəsmi rəqəmlərə görə 106 qadın və 83 uşaq olmaqla 613 mülki şəxsin qətlə yetirildiyi bildirilirdi.

Bundan başqa İtaliya parlamentində İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, Senatın xarici əlaqələr daimi komissiyasının üzvü, senator Stefano Luçidi Ermənistan hərbi qüvvələrinin atəşkəs rejimini pozaraq Gəncə şəhərini və oradakı mülki əhalini raket hücumuna məruz qoymasını pisləyən açıqlama vermişdi. Ermənistan tərəfindən atəşkəsin pozulması və Azərbaycan şəhərlərinə qarşı kaset bombalardan hücumlar etməsi ilə bağlı xəbərlərin daxil olduğunu bildirən senator S.Luçidi qeyd etmişdi ki, Ermənistan silahlı qüvvələri 11 oktyabr gecə saatlarında Azərbaycanın ikinci ən böyük şəhəri olan və təmas xəttindən uzaqda yerləşən Gəncə şəhərinə raket hücumları edib, nəticədə 10 nəfər mülki şəxs həlak olub və aralarında azyaşlı uşaqlar da olmaqla 34 nəfər yaralanıb. Senator İtaliya hökumətinin Moskvada əldə olunan atəşkəsin pozulmasını qəti şəkildə pisləməli olduğunu deyib, bu bölgədə sabitliyin təmin olmasının istər əhalinin təhlükəsizliyi, istərsə də İtaliyanın maraqları baxımdan çox vacib olduğunu vurğulamışdı.

Ümumilikdə bu kimi faktlar çoxdur. Bu da onu deməyə əsas verir ki, Azərbaycan -İtaliya strateji tərəfdaşlığının bundan sonrakı mərhələdə inkişafı qaçılmazdır və bu istiqamətdə uğurlu addımlar atılacaq.

Azərbaycan 2020-ci ilin dekabrın 31-dən başlayaraq Avropaya qaz ixrac edir. Plana uyğun olaraq qaz ixracı tədricən artırılaraq 10 milyard kubmetrə çatdırılacaq. Avropaya qaz nəqli Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra mümkün olub. Bu layihə 3 hissədən ibarət olub, özündə Cənub Qafqaz qaz boru kəmərini (Bakı-Türkiyə sərhəddinə qədər olan hissə), TANAP (Türkiyə) və TAP-ı birləşdirir. Bakı-Tbilisi-Ərzurum kəməri əvvəllər mövcud olub və sonralar ötürücülük qabiliyyəti artırılıb. TANAP 2018-ci ildən istifadəyə verilib və Azərbaycan qazını Türkiyənin şərq, mərkəz və qərb hissəsinə çatdırır. 2020-ci ilin oktyabrında TAP-ın istifadəyə verilməsi ilə Cənub Qaz Dəhlizi layihəsinin inşaası tamamlandı və Azərbaycan qazının Avropanın 3 ölkəsinə - Yunanıstan, Albaniya və İtaliyaya nəqli imkanı yarandı. Artıq dekabrdan başlayaraq Azərbaycan Avropaya qaz satır.

Avropaya qaz nəqlinin təmin edilməsi bir neçə dövlətlə əməkdaşlıq hesabına mümkün olub. Bu dövlətlər arasında İtaliyanın xüsusi yeri var. Belə ki, Avropaya nəql ediləcək qazın əsas hissəsini məhz İtaliya alacaq. TAP Yunanıstan, Albaniya və İtaliyanı qaz kəməri vastisilə birləşdirir. İtaliya TAP-la ötürüləcək qazın daha çox hissəsini götürəcək.

TAP-la əlaqədar Azərbaycan-İtaliya əməkdaşlığı nümunəvi xarakter daşıyıb. Bu layihə ilə bağlı ideya ilk dəfə 2006-2007-ci ildə irəli sürüləndə kəmərin keçid əraziləri ilə bağlı müxtəlif layihələr mövcud idi. Bəzi layihələrdə kəmərin Yunanıstandan deyil, Bolqarıstan və Makedoniyadan keçirilməsi təklif edilirdi. Kəmərin trayektoriyası ilə bağlı fərqli təkliflər olsa da son nöqtə kimi İtaliya seçilirdi. İtaliyanın seçilməsi Azərbaycanla bu ölkə arasında enerji sahəsində formalaşan yüksək əməkdaşlıqla bağlı idi. Ölkəmiz 2006-cı ildən böyük həcmdə neft ixracını həyata keçirir və indiyə qədər neftimizin əsas alıcısı İtaliyadır. Uzunmüddətli və nümunəvi əməkdaşlıq ölkələrimizin bir-birinə tərəfdar kimi önəm verməsinin əlamətidir.

Neft satışında sınaqdan keçən əməkdaşlıq qaz satışında da özünü göstərdi. Qaz satışı uzunmüddətli və ikitərəfli müqavilələrin bağlanmasından asılıdır. Azərbaycan İtaliya ilə bağlı neft satışında əldə etdiyi nümunəvi əməkdaşlığı qaz satışına da tətbiq etdi.

Artıq İtaliya Azərbaycanda da qaz alır. Ölkəmiz 2023-cü ilin sonuna qədər İtaliyaya qaz ixracını artıracaq, sonra uzun müddət stabil səviyyədə qalacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə