Rusiyaya qarşı yeni sanksiyalar... ABŞ Konqresinin müzakirəsində

Rusiyaya qarşı yeni sanksiyalar... ABŞ Konqresinin müzakirəsində

Hər iki partiyadan olan bir qrup amerikalı senator, ABŞ Konqresinə Aleksey Navalnı ilə bağlı vəziyyətlə əlaqədar olaraq Rusiyaya qarşı sanksiyalar haqqında bir qanun layihəsi təqdim edib. SİA xəbər verir ki, müvafiq məlumatlar Florida senatoru Mark Rubionun saytında öz əksini tapıb.

"Beynəlxalq hüquq pozuntuları, o cümlədən, zəhərlənmə və həbsdə olan Aleksey Navalnının timsalında Rusiya rəsmilərinin hədəfə alınmasına qarşı sanksiyaların tətbiq edilməsini nəzərdə tutan bir qanun layihəsi yenidən təqdim edilib", deyə saytda bildirilir.

Qanun layihəsindəki mümkün sanksiyalara, əmlakın dondurulması və viza verilməsindən imtina daxildir.
Sənəddə ABŞ administrasiyasının Rusiya hakimiyyət orqanlarının kimyəvi və bioloji silahların istifadəsini qadağan edən beynəlxalq müqavilələri pozub pozmadığını müəyyənləşdirməsi də vurğulanır.

Bir qədər əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, Alexey Navalnı işi ilə əlaqədar Qərb tərəfindən anti-Rusiya sanksiyalarının tətbiq olunma ehtimalını şərh edərək, bu ölkələrin bu cür addımlar üçün bir səbəbə olmadığını bildirmişdi. Yanvarın ortalarında isə ABŞ Dövlət katibi Mayk Pompeo, ABŞ-ın sanksiyalar yolu ilə Amerikanın Düşmənlərinə Qarşı Mübarizə Qanununa əsasən Rusiyaya qarşı əlavə sanksiyaların nəzərdən keçiriləcəyini söyləmişdi.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə