“Putin özü elan edəcək” Dmitri Peskov

“Putin özü elan edəcək” Dmitri Peskov

Putin koronavirusa qarşı nə zaman peyvənd olunacaqsa, bu barədə özü elan edəcək. SİA RenTV-yə istinadən xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Prezidentinin Mətbuat Katibi Dmitri Peskov deyib.

Rusiya Prezidentinin Mətbuat Katibi Vladimir Putinin özünün koronavirus infeksiyasına qarşı nə zaman peyvənd olunacağı haqda özü açıqlayacağını söyləyib.

"Prezident özü, müstəqil şəkildə peyvənd etdikdən sonra bu barədə elan edəcək. Ancaq ümumiyyətlə, peyvənd haqqında düşüncə cəmiyyətimizdə yaxşı səviyyədədir. Müraciət edənlər çoxdur. Tələb çoxdur", deyə Peskov bildirib.

Beləliklə, Kremlin nümayəndəsi jurnalistlərin Rusiya prezidentinin niyə koronavirusa qarşı peyvənd etməkdə tərəddüd etdiyi barədə sualını cavablandırıb. Çünki bu, əhalini stimullaşdırılması istiqamətində ruslara nümunə ola bilər.

Xatırladaq ki, Rusiyada 18 yanvar tarixindən koronavirusa qarşı kütləvi peyvənd edilməsinə başlanılıb. Qeyd edək ki, “Sputnik V” ilə peyvənd edilməsi Rusiyada pulsuz və könüllü olaraq edilə bilər.

Qeyd edək ki, peyvənd sağlamlıq üçün təhlükəsizdir, çünki klinik tədqiqatlarla təsdiqlənmiş insan adenoviral vektorlarının yaxşı öyrənilmiş bir platformasına əsaslanır və peyvəndin effektivliyi 91% -dən çoxdur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə