Dünəndə qalan Kərimli - ŞƏRH

AXCP sədri Əli Kərimli zaman-zaman əl atdığı milli-mənəvi dəyərlərimizə zidd addımlarını bu gün də müxtəlif formalarda davam etdirməkdədir. Belə ki, Əli Kərimli Novxanıda Məmməd Əmin Rəsulzadənin abidəsini ziyarət etməklə başqa çıxış yolu tapa bilmədiyi üçün bununla özünü, guya Rəsulzadə ideologiyasına «sadiqliyini» nümayiş etdirmək istədi. Doğurdan da, gülünc doğurduğu kimi, ikrah da yaradır. Elçibəyi təhqir etdirən Əli Kərimlinin Rəsulzadə sevgisi yalandır. Zaman-zaman öz liderinə-Elçibəyə qarşı xəyanətdə ittiham olunan Ə.Kərimli bunu inkar etsə də, anormal addımları ilə deyilənləri təsdiq edir. İndi belə bir adamın Elçibəy və Rəsulzadə ideologiyasından danışması gülüncdür. Çünki 28 ildir “anna müxalifətəm” deyən Ə.Kərimli müxalifət camiyəsində nüfuzunun olmadığını bilərək Cəmil Həsənli “kart”ından istifadə etməsi də aydın görünür.

Millət vəkili Aydın Mirzəzadənin açıqlamasında da Əli Kərimli və onun kimilərinin Azərbaycanın dünənində qaldığını qeyd etməsi deyilənlərin təsdiqidir: “Onlar bugünki inkişafdan və cəmiyyətin istəklərindən çox geri qalıblar. Əli Kərimli və onun kimilərini ancaq istənilən yolla hakimiyyətə gəlmək maraqlıdır. Ölkənin problemlərinin həlli, cəmiyyətlə işlənilməsi və beynalxalq aləmdə nüfuzunun artması üçün müxalifətin də işlər görməli olduğu anlayışı onlara yaddır. Artıq dünəndə qalan Kərimli erası bitib. 28 ildir ki, kimə və hansı amala xidmət etdikləri bəlli deyil. Onlar Əli Kərimli, İsa Qəmbər və ənənəvi müxalifətdir. Onların tək bildiyi şey xalqın taleyi üzərindən bazarlıq etməkdir. Onların hədəfi yoxdur. Müxalifət və cəmiyyət arasında ünsiyyət azdır. Buna da səbəb Əli Kərimlinin pafoslu çıxışıdır. 5-10 nəfər mitinqə yığır. Boş vəddlər verərək xalqı aldatmağa çalışır. Amma xalq belələrini virus adlandırırlar”.

Rəsulzadəni öz çirkin siyasi məqsədlərinə qurban verənlər ən ağır ifadələrə layiq şəxslərdir

Məhəmməd Əmin Rəsulzadə Cümhuriyyətin qurucularındandır. Çox böyük xidmətləri olmuş şəxsiyyətdir. Cənab Prezidentin 2018-ci ili Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı «Cümhuriyyət İli» elan etməsi də həmin dövrə və quruculara verilən dəyərin ifadəsi idi. O baxımdan Rəsulzadə ilə bağlı istənilən şəxsin, ələlxüsus da radikal düşərgənin, Əli Kərimlinin, Cəmil Həsənlinin onun adından sui-istifadə edərək öz siyasi məqsədlərini reallaşdırmaq, manipulyasiya etmək istəyir. Rəsulzadəni öz çirkin siyasi məqsədlərinə qurban verənlər ən ağır ifadələrə layiq şəxslərdir. Ə.Kərimlinin Rəsulzadə sevgisi nə qədər ola bilər? Siyasətdən kənar, tarixdən xəbərsiz olan gənclərə üzümü tutub deyirəm ki, Əli Kərimli barədə keçmiş xatirələri oxusunlar. Onun necə xəyanət etdiyini bilsinlər. Partiyanı parçalayan, pul verdiyi jurnalistlərin əli ilə insanları təhqir etdirən məhz Əli Kərimlidir. Çünki dünəndə qalan Kərimli erası artıq bitib.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə