COVİD-19 hətta sağalandan sonra da öldürür? AKTUAL+FAKT

Dəhşətli kəşf yeni faktları ortaya çıxarır – koronavirus öz ölüm missiyasını başa çatdırmayıb

Dünyada koronavirusa yoluxma nəticəsində baş vermiş ölümlərin sayı iki milyonu geridə qoyub, yoluxanların və ikinci dəfə yoluxanların sayı isə 100 milyonluq həddə çatmaqdadır. Əgər rəsmi statisdtikalara inanarsaq, bu zaman mövcud rəqəmlərə inanmamaq da olar. Lakin Britaniya alimlərinin ciddi araşdırmaları inanmamaq şübhələrini geridə qoyur, daha dəqiqi isə sözügedən rəqəmlərə inanmaq ehtimallarını gücləndirir.

SİA xəbər verir ki, Lester universitetinin və Böyük Brtitaniyanın Milli Statistika Bürosunun gəldiyi nəticələrə görə, COVİD-19-dan müalicə alan pasientlərin demək olar ki, 3-dən biri növbəti beş aylıq müddətdən sonra yenidən xəstəxanalara geri dönürlər və onların hamısı heç də sağ qalmırlar!

Bu kimi halları yaşayan insanların 12,3%-i yaranmış fəsad sədlərini keçə bilmirlər və həyatla vidalaşmalı olurlar

Pasientlərin böyük bazası öyrənilib, təqribən 50 min nəfər, dəqiq rəqəmlərə görə isə 47 780 insan. Məlum olub ki, onlardan 29,4%-i növbəti 140 gündə yenidən xəstəxanalara geri dönüblər. Səbəb isə koronavirus infeksiyasının yaratdığı fəsadlardır. Misal üçün, xroniki ürək xəstəlikləri kəskinləşir, ya da yoluxmaya qədər sağlam olan ciyərlərlər, böyrəklər, yaxud şəkər xəstəlikləri sağlamlığa zərbələr vurmağa başlayır, orqanlar funksiyalarını zəiflədir. Bu kimi halları yaşayan insanların 12,3%-i yaranmış fəsad sədlərini keçə bilmirlər və həyatla vidalaşmalı olurlar.

Müqayisə üçün digər diqanozlar daşıyan, yəni COVİD-19 olmayan pasientlərin yenidən xəstəxanlar geri qayıtma halları 3,5 dəfə, ölüm faktları isə yeddi dəfə azdlıq təşkil edir. Bu rəqəmər həqiqətən də qorxuludur və söz yox ki, növbəti sübutları tələb edir.

Uzunmüddətli xəstəlik zamanı əsasən nəfəs orqanlarının 29,6 %-i fəsadlar alır

Milli Statistika Bürosunun gəldiyi digər nəticələrə görə krallıqda yoluxanların beşdə biri uzunmmüddətli kovidə yoluxurlar: onlardakı infeksiya yalnız yoluxmadan beş həftə sonra üzə çıxır, bəzilərində isə bu müddət ən azı 12 həfdə də çəkir. Uzunmüddətli xəstəlik zamanı əsasən nəfəs orqanlarının 29,6 %-i fəsadlar alır. Kovidə yoluxaraq sağalanların məhz bu qədər faizində həmin simpotomlar görünməyə başlayır, özü də onların demək olar ki, yarısı ilk dəfə həmin diaqnozla qarşı-qarşıya qalmalı olurlar.

Britaniyalı alimlərin gəldikləri əsas nəticələrindən digəri isə gənc insanların koronavirusa yoluxma mümkünlüklərinin az fazi təşkil etməsi ilə bağlı yayılan məlumatlardan ibarətdir. Halbuki, onlar bunu tamamilə təkzib edir və cavan adamların da yoluxma risklərinin yüksək həddə olduğunu iddia edirlər.

Uzunmüddətli xəstəlik virusun özündən daha təhlükəlidir və ölümə tərəf olan yolu daha da qısaldır

Alimlər hesab edirlər ki, artıq bütün dünada kütləvi vaksinasiyalara başlanılıb və bu problemin həll olunması ətrafında yaranmış təhlükəli illüziya, yəni koronavirusun geri çəkiləcəyi barədə iddialar sadəcə xəyallardır. Çünki paralel olaraq, koronavirusun yeni ştammları peyda olmaqdadır. Məhz həmin ştammlardan məlum olur ki, uzunmüddətli xəstəlik virusun özündən daha təhlükəlidir və ölümə tərəf olan yolu daha da qısaldır. Bu baxımdan, mümkün qədər dəqiq araşdırmalara aparan britaniyalı araşdırmaçılar, xüsusilə də Lester universitetinin və Böyük Brtitaniyanın Milli Statistika Bürosunun alimləri iddia edirlər ki, COVİD-19 öz ölüm missiyasını başa çatdırmayıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə