"Dövlət sisteminin yenidən qurulmasına ehtiyac var" Nikol Paşinyan

Ermənistanın keçmiş Səhiyyə Naziri artıq yeni vəzifəsinə başlayıb. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Paşinyan Baş Nazir Aparatının rəhbərindən gözləntilərini açıqlayıb.

Məlumatda qeyd olunur ki, Ermənistanın baş naziri Nikol Paşinyan çərşənbə axşamı yeni aparat rəhbərini, Arsen Torosyanı təqdim edib.

Qeyd edilir ki, sonuncu əvvəllər səhiyyə naziri vəzifəsindən azad edilmişdi. Paşinyan, hətta bir vaxtlar çətin bir dövrdə baş nazir aparatının rəhbəri vəzifəsini tutduğunu və işini şərəflə yerinə yetirə bildiyini deyərək, birgə iş üçün Eduard Ağacanyana da təşəkkür edib. Paşinyana görə, Ağacanyan onun siyasi tərəfdaşı olaraq qalır və hələ birlikdə uzun bir yol qət edəcəklər. Torosyana gəldikdə, baş nazir ona dövlət idarəetmə sistemini yenidən başlatmağı tapşırıb və qeyd edib ki, bu “sıfırlama” baş nazir ofisindən başlamalıdır. Paşinyana görə, bu sistem müharibə zamanı ağır sınaqlardan keçdi və bu son dərəcə çətin bir dövr idi, lakin indi də vəziyyət təsirli həllər və səriştəli idarəetmə tələb edir. Baş nazir, bu müddət ərzində hamının fərqli vəziyyətlərdə olduğunu və dövlət idarəetmə sisteminin bütün mənfi cəhətlərini bildiklərini qeyd edib. Bu təcrübəni nəzərə alaraq, hökumət başçısı indi yeni bir etalon müəyyənləşdirməyin, dövlət xidmətini yeni bir səviyyəyə qaldırmağın zəruriliyindən danışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə