Ermənilər bu dəfə əsgərlərimizin qəhrəmanlıqlarını oğurladılar FOTOFAKT

Ermənilərin başqa millətlərdən, xüsusilə azərbaycanlılardan mədəni, tarixi, mətbəx oğurluqları etmələri sirr deyil. Ümumiyyətlə, erməni xüsusiyyətinə aid olan “oğru millət” faktoru nəinki müasir zamanlarımızda, eləcə də keçmiş dövrlərdə də bir çox tarixi şəxsiyyətlər tərəfindən etiraf və təsdiq olunub. SİA “Qolos morya” teleqram kanalına istinadən xəbər verir ki, bu dəfə ermənilər 44 günlük müharibə zamanı özlərinə məxsus kliplərində Azərbaycan əsgərlərinin rəşadətlərini öz adlarına çıxıblar. Belə ki, erməni müğənnisi Toma Arutunyanın “Я признаю aртсах” (Mən “atrsaxı” tanıyıram-R.R.) adlı klipinin 1:02-ci saniyəsindəki səhnəsində Milli Ordumuzun artilleriyasının işi, 1:03-cü saniyəsində isə Azərbaycan əsgərlərinin döyüş səhnəsi göstərilib.

Onu da xatırladaq ki, ikinci Qarabağ müharibəsi davam edərkən, Ermənistan müdafiə nazirliyinin rəsmi çarxlarında Türkiyə seriallarındakı həyacan xarakterli musiqilərdən istifadə edilirdi.

Ancaq ermənilər bir faktı unudublar ki, artıq intenet əsridir və istənilən informasiyadakı saxtakarlıqlar dərhal ifşa olunur. Onlar isə hələ də keçmiş əsrlərdəki oğurluq və saxtakarlıq xislətlərini 21-ci əsrin texnologiyasından gizlətməyə çalışırlar. Lakin göründüyü kimi, alınmır və oğurluqları dərhal üzə çıxır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə