"Prezident İlham Əliyev çıxışlarının birində demişdi ki,..." ÖZƏL-MÜNASİBƏT

"2020-ci ili böyük tarixi Zəfərlə başa vuran Azərbaycan 2021-ci ilə "Böyük qayıdış” planının reallaşdırılması, erməni vandallarının qadağan olunmuş silahlarla dağıtdığı şəhərlərimizdə, yurd yerlərimizdə tikinti-quruculuq, abadlıq işləri ilə başladı". Bunu SİA-ya Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin işğaldan azad edilmiş rayonlara səfərləri artıq ənənə halını alıb. Bu gün ölkə Prezidentimiz İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərinə səfəri hər bir Azərbaycan vətəndaşını ürəkdən sevindirir, hər kəsdə qürur və fəxarət hissi doğurur.

Bu gün hər bir azərbaycanlı ürəkdən inanır ki, tarixi qələbədən sonra erməni təcavüzkarları tərəfindən xarabalıqlara çevrilən şəhər, rayon və qəsəbə və kəndlərimiz qısa zaman ərzində sürətlə inkişaf edəcək, dünyanın inkişaf etmiş məkanlarının sırasına qoşulacaq.

Şuşa səfəri zamanı mətbuata müsahibəsində də ölkə Prezidentimiz qeyd edib: “Böyük qayıdış başlayır, bütün işlərə start verildi. Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, - cəmi 44 gün ərzində, - bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik”.

44 günlük Vətən müharibəsində qazandığımız layiqli qələbə bu gün Azərbaycanın “Böyük Qayıdış”ının reallığa çevirib. Prezidentimiz İlham Əliyev tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin, Füzuli rayonunda hava limanının təməllərinin qoyulması ölkəmizin “Böyük Qayıdış”a qoyduğu bütün hədəflərin inamla, surətlə reallaşmasıının təsdiqidir. Ölkə Başçımızın işğaldan azad edilmiş torpaqlara səfərləri həm də erməni vandalizmi nəticəsində tamamilə dağıdılmış, yerləyeksan edilmiş şəhər, rayon və kəndlərin bərpası və yenidən qurulması layihələri ilə yerində qərar qəbul etmək məqsədi daşıyır. Eyni zamanda, erməni işğalçılarından təmizlənmiş rayon və şəhərlərin yol-nəqliyyat infrastrukturunun bərpası, elektrik enerjisi, su, rabitə, mavi yanacaq və s. təminatı istiqamətində mühüm layihələrin reallaşdırılacağını, müasir inzibati infrastrukturun yaradılacağını, mədəni-tarixi abidələrin bərpa ediləcəyini deməyə ciddi əsaslar yaradır. Belə ki, dövlət Başçısının təməlini qoyduğu Füzuli-Şuşa yolunun yeni işlənmiş layihəsi əsasında çətin relyefə malik olan ərazilərdə dolama yolların yerinə körpü və tunellər tikiləcək. Yeni yol Füzuli hava limanı ilə əlaqələndiriləcək və bu yoldan hər birimizin həsrətində olduğu İsa bulağına yeni yol çəkiləcək.

Artlq bütün dünya yaxşı bilir ki, Ermənistanın Azərbaycan torpaqlarını, o cümlədən Şuşanı işğal etməsi nəticəsində tarixi, mədəni abidələrimiz dağıdılıb, ev muzeyləri qarət edilib. Onların arasında Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı büstləri də var. Prezident İlham Əliyev çıxışlarının birində demişdi ki, ərazi bütövlüyümüz bərpa ediləndən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacaq. Hər zaman verdiyi sadiq qalan Prezidentimiz bu dəfə də vədinə sadiq qaldı. Erməni vandalları tərəfindən dağıdılan, gülləbaran edilən bu büstlər Şuşada yenidən əvvəlki yerlərinə qoyuldu.

Ölkə Prezidentimiz İlham Əliyevin Şuşa səfəri qalibiyyətimizin və milli qürurumuzun növbəti təntənəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə