“Çaqqallıq etməyə ehtiyac yoxdur” Korotçenkodan Rusiya ermənilərinə
“Nəyə görə “xalq” piketçiləri Moskvada oturublar və Ermənistana gedərək ölkəni qaldırmırlar, yaxşılaşdırmırlar?”. SİA xəbər verir ki, bu sözləri Rusiyanın tanınmış politoloqu İqor Korotçenko özünün teleqram səhifəsində yazıb.
Onun qeyd etdiyinə görə, əgər Nikol Paşinyana qarşı piket keçirən ermənilər Rusiyanın vətəndaşlarıdırlarsa, bu zaman yanlışlığa yol verirlər. SİTAT: “Əgər siz Rusiya vətəndaşısınızsa, onda sizin prezident Putin, baş naziriniz Mişustindir və xarici səfirliyin qarşısında çaqqallıq etməyə ehtiyac yoxdur”.
Korotçenko qeydinin sonunda P.S. qoyub və əlavə edib: “Aksiya açıq-aşkar Moskva hakimiyyəti ilə tazılaşdırılmayıb, hansı hüquq-mühafizə orqanları, hanı onların reaksiyaları?”.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB