Qarabağa 60 mindən çox erməni qaytarıla bilməz - ŞƏRH ÖZƏL

Qarabağa 60 mindən çox erməni qaytarıla bilməz - ŞƏRH ÖZƏL

"10 noyabr razılaşmasından sonra ən geniş müzakirələr Dağlıq Qarabağa nə qədər etnik erməninin qaytarılacağı sualı ilə bağlıdır. Qaytarılan ermənilərin sayı açlqlandıqca narahatlıqlar və müzakirələr də artır. Rusiya sülhməramlılarına istinadla açıqlanan son fakta görə Qarabağa artıq 47 min erməni qaytarılıb. Təbii ki, proses sonsuzadək davam edə bilməz. Burada sovet dövrünün inanılmaz və fantastik 120 rəqəmi də bir çərçivə kimi hədəflənməməlidir". Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.

Ekspertin sözlərinə görə, bəs nə baş verə bilər və DQ-yə erməni köçü hansı rəqəm civarında dayandırılmalıdır? "Sualın cavabını bu günlərdə Prezident İlham Əliyev dəqiqləşdirdi-60 min erməni. Prezident aydın şəkildə bildirdi ki, işğal rejimi dövründə orada 60 mindən çox erməni yaşaya bilməzdi. Həqiqətən də Prezidentin dediyi kimi "bu it damlarında" nə qədər adam yaşaya bilərdi ki?!".

A.Quliyev vurğulayıb ki, demək, Qarabağa 60 mindən artıq erməni qaytarıla bilməz və bu məntiqlə 10-12 min erməni qaytarılandan sonra proses dayandırılmalıdır: "Bölgəyə 60 mindən artıq erməninin qaytarılması demoqrafik reallıqların pozulması anlamına gəlməyə imkan verəcək".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə