Vətəndaş qarşıdurması, toqquşma Ermənistanda

Vətəndaş qarşıdurması, toqquşma Ermənistanda

Ermənistan parlamentinin qarşısında nümayişçilərlə millət vəkili arasında qarşıdurma müşahidə olunub və tərəflər arasında dava olub. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistanın Milli Məclis binasının qarşısında etirazçılar ilə “Mənim addımım” blokunun deputatı Sisak Qabrielyan arasında dava düşüb.

Məlumatda bildirilir ki, vətəndaşlardan biri millət vəkilinin avtomobilinə yaxınlaşaraq, "mükafat üçün gəldiniz?", deyə sual edib. Bu zaman Qabrielyan maşından düşüb və vətəndaş ona eyni şəkildə cavab verən millət vəkilini itələyib, bundan sonra dava başlayıb. Qeyd olunur ki, Sisak Qabrielyan etiraz edən vətəndaşları təhqir etməyə başlayıb və onlardan birinin sifətinə yumruq vurub.

Bildirilir ki, hər iki tərəfdən də təhqir səsləri eşidilib və nümayişçi vətəndaşları təhqir etməyə davam edən millət vəkili bir müddət sonra maşına minərək hadisə yerindən uzaqlaşarkən də vətəndaşlar onun avtomobilini yumurta atəşinə tutublar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə